NƏQLİYYAT

Kiş çayı üzərində yeni körpü tikilir – AÇIQLAMA
29 SENTYABR
146

Kiş çayı üzərində yeni körpü tikilir – AÇIQLAMA

2016-09-29 11:39:00

Şəkidə Kiş çayı üzərində körpünün bərpası ilə bağlı işlərə start verilib. "Azəravtoyol" ASC-dən fins.az-a verilən xəbərə görə, yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, eni 11 metrdir.

Bildirilib ki, körpünün 8 metri maşınların hərəkət hissəsinə, 3 metri isə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin edəcək səkilərə ayrılıb. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçiriləcək. Körpü orta dayaqsız bir aşırımlı ( 81 m. ) inşa olunacaq və çay yatağından hündürlüyü 7 metr olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq. Bundan başqa çayda su axınının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılacaq, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunacaq.

Xatırladaq ki, bu ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurub. Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275