NƏQLİYYAT

"Dərnəgül" metrostansiyası ilə "Koroğlu" birləşdirilir
23 SENTYABR
1095

"Dərnəgül" metrostansiyası ilə "Koroğlu" birləşdirilir

2016-09-23 10:56:00
Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyur.
Sərnişinlərin daha rahat daşınmasını təmin etmək üçün 2011-ci ildə prezidentin təsdiq etdiyi Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə əsasən Dərnəgül stansiyası ilə Koroğlu arasında 2 stansiya tikiləcək. 
Bundan əlavə, 1 stansiya isə Koroğlu ilə keçid stansiyası olacaq. 
Bu stansiyalar da gələcəkdə dairəvi olacaq Yaşıl xəttin davamıdır.
Xatırladaq ki, Yaşıl xəttin digər tərəfi olan Xətai stansiyasından tikilməkdə olan Həzi Aslanov-2 stansiyasına qədər Nobel prospekti boyunca da 3 stansiya tikiləcək.
 
Hazırda 25 olan stansiyaların sayı 2030-cu ilə qədər həmin plana əsasən 76-ya çatdırılmalıdır. 
Hazırda Bənövşəyi xəttin Avtovağzal və Memar Əcəmi stansiyalarının davamı olan və şərti adı B3 olan stansiyası da tikilməkdədir. Hərbi Hospitalın qarşısında, Ceyhun Səlimov küçəsində tikilən stansiyanın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
 
Həmçinin gələcəkdə Günəşli, Qaraçuxur, Bakıxanov istiqamətində də stansiyaların tikilməsi nəzərdə tutulur.
Mənbə: atv.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275