NƏQLİYYAT

6 marşrut “BAKI KART” SİSTEMİNƏ KEÇDİ
01 SENTYABR
722

6 marşrut “BAKI KART” SİSTEMİNƏ KEÇDİ

2016-09-01 14:31:00

Bu gündən etibarən  18,61,65,79,85 və 96 saylı marşrut xəttlərində elektron ödəniş sistemi -“Bakı Kart” sisteminə keçib. Fins.az xəbər verir ki, “Xaliq Faiqoğlu”MMC-nin istismarında olan bu marşrutlar "K Group" və Türkiyənin "Kent Kart" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində artıq yeni sistemlə işləyəcək.

Sərnişinlərin sayını dəqiq biləcəyik

Belə ki, I mərhələdə 117 avtobusa kart oxuyan cihazlar-validatorlar quraşdırılıb, sürücü və dispetçerlər müvafiq təlimlərdən keçirilib, şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi qurulub.  Layihənin  ərsəyə gəlməsində Bakı Nəqliyyat Agentliyinin (BNA) xüsusi dəstəyini qeyd edən şirkətin rəhbəri Faiq Seyidov, həmçinin "K Ggroup" və "Kent Kart" şirkətinə təşəkkürünü bildirdi.  "Geniş məlumat bazasına malik olan sistem sayəsində avtobusların hərəkət istiqaməti, onların hərəkət sürəti, hər bir dayanacaq üzrə və ümumiyyətlə gün ərzində avtobuslardan istifadə edən sərnişinlərin sayı barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq",- deyə şirkətin direktoru Faiq Seyidov jurnalistlərə açıqlamasında bildirdi.

1 gedişi olan “Bakı Kart”  hədiyyə olundu

Sərnişinlərin rahatlığını düşünən “Xaliq Faiqoğlu” şirkəti sosial layihə çərçivəsində sıxlıq təşkil edən dayanacaqlarda sərnişinlərə balansında 1 gediş haqqı (0.20 AZN)  məbləği olmaqla “Bakı Kart” ödəniş kartları da hədiyyə etdi. Qeyd edək ki, mərhələli şəkildə yaxın vaxtlarda şirkətin istismarında olan digər marşrut xəttlərində də elektron ödəniş sisteminə keçiləcək. Bunun üçün lazım olan kartların sifarişini isə podratçı şirkət həyata keçirir.

Yeni avtobuslar gətiriləcək

Bununla yanaşı, şirkət bu gün yeni İsuzu Citiport markalı 12 metrlik  yeni avtobusu ictimaiyyətə təqdim etdi. Ümumiyyətlə, yaxın vaxtlarda xəttlərdə olan avtobusların yeni, müasir və 12 m avtobuslarla dəyişidirlməsi də təmin olunacaq. X.Faiqoğlunun sözlərinə görə, istismarda olan avtobusların yenilənməsini ilin sonuna qədər reallaşdırmaq fikrindədirlər. Onun sözlərinə görə, oturacaq yeri 24 nəfərlik olan bu avtobuslar lizinqlə alınıb və hər bir avtobusun qiyməti 370 min AZN təşkil edir.

Yeni sistem 150 avtobusda tətbiq ediləcək

Şirkət bir-neçə aydan sonra sistemi yeniləmək üzrə ikinci mərhələyə start verəcək. Nəticədə zaman  150 avtobusda bu işlərin görülməsi yekunlaşaq. F.Seyidov, sərnişinlərin rahatlığı üçün kartların doldurulmasına xidmət edən ödəniş terminallarının sayının da artırılacağını qeyd etdi: "Xahişimiz odur ki, sərnişinlərimiz yeni sistemdən düzgün istifadə etsinlər. Yeni qaydalarla bağlı artıq sürücülər müvafiq tapşırıqlar alıblar". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275