NƏQLİYYAT

Azərbaycanda avtomobil sürən qadınlar artıb-STATİSTİKA
26 AVQUST
320

Azərbaycanda avtomobil sürən qadınlar artıb-STATİSTİKA

2016-08-26 12:07:00

Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alanlar arasında qadınların sayı son beş ildə 4 faizdən 5,9 faizə qədər artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il sürücülük vəsiqəsi alan 144 672 nəfərdən 8 521 nəfəri (5,9 faizi) qadınlar olub. 2010-cu ildə sürücülük vəsiqəsi alan qadınların sayı 5 650 nəfər idi.

Son beş ildə qadınlar ən çox sürücülük vəsiqəsini 2013-cü ildə əldə ediblər. Həmin il vəsiqə əldə edən qadınların sayı 11 166 nəfər olub.

Son beş ildə kişilər arasında daha çox sürücülük vəsiqəsi də 2013-cü ildə (237 231 nəfər) alınıb.

 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272