NƏQLİYYAT

Ən təhlükəli yollarda 7 piyada keçidi inşa ediləcək
01 İYUN
214

Ən təhlükəli yollarda 7 piyada keçidi inşa ediləcək

2016-06-01 09:56:00

“Azəravtoyol” ASC piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək üçün Bakıda bir neçə yerdə yerüstü piyada keçidləri inşa edəcək. Təşkilatdan fins.az-a verilən məlumata görə, piyada keçidləri avtomobillərin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə tikiləcək. Keçidlər metal və dəmir-beton konstruksiyalı olacaq. Məqsəd həm piyadaların yolu rahat keçməsini təmin etmək, həm də avtomobillərin fasiləsiz və maneəsiz hərəkətidir.

İlkin olaran piyada keçidləri 7  yerdə tikiləcək. 

1.         Bakı-Quba yolunun  12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ),

2.         Bakı-Quba yolunun  27 ( Ceyranbatan qəsəbəsi ),

3.         Bakı-Quba yolunun  27,8-ci km-i( Ceyranbatan qəsəbəsi ),

4.         Bakı-Şamaxı yolunun 13-cü km-i ( Sulutəpə qəsəbəsi );

5.         Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i;

6.         Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;

7.         Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisi.

Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri 2 aşırımlı ( orta dayaqlı ), dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq.

“Xırdalan qəbirstanlığı” yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1 aşırımlı ( orta dayaqsız ), metal konstruksiyalı və üstü açıq olacaq. Fiziki qüsurli insanların hərəkəti üçün bu keçidlər panduslarla təchiz olunacaqlar.

“Sabunçu körpüsü”ndən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq. Keçidlər 2 aşırımlı ( orta dayaqlı ) və üstü bağlı olacaq. Burda isə fiziki qüsurli insanların hərəkəti üçün xüsusi platformalar ( elevator ) quraşdırılacaq.

Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşaası nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274