NƏQLİYYAT

Bakının əsas prospektlərində təmir başlanır, yollar bağlanacaq
11 MAY
663

Bakının əsas prospektlərində təmir başlanır, yollar bağlanacaq

2016-05-11 11:51:00

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yaxın günlərdə Bakı şəhəi, Nizami rayonu, Qara Qarayev prospektində təmir işlərinə başlanacaq. Qapra Qarayev prospekti Neftçilər metrosu, 8 km bazarı, Xalqlar Dostluğu metrosunun qarşısından keçir, onları birləşdirir. Bakının əsas hərəkət intensivliyi olan prospektlərindən biridir. Prospektin bir qismi bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilib. “Azəravtoyol” ASC isə prospektin qalan qisminin təmir işlərini həyata keçirəcək. A. Nəcəfli  deyib ki, “Azəravtoyol” ASC Qara Qarayev prospekti ətrafındakı yolların əksəriyyətini təmir edib: “Hazırda prospektlə kəsişən Rüstəm Rüstəmov küçəsində təmir işləri gedir, bu küçənin uzunluğu 3,7 km-dir. Qara Qarayev prospekti ətrafındakı Mikayıl Əliyev, Bəkir Çobanzadə, Mehdi Abbaosv və  Naxçıvani küçələri də təmir edilib. Qara Qarayev  prospektində təmir dövründə prospektdə nəqliyyatın hərəkəti tam deyil, qismən məhdudlaşdırılacaq. Ümumiyyətlə, “Azəravtoyol” ASC təmir işləri apararkən yolları tam bağlamır. Əsas məqsəd odur ki, yol təmir olunsun, təmirdən sonra nəqliyyat vasitələri normal hərəkət edə bilsin. Təmir zamanı da  prospekt hissə-hissə bağlanacaq ki, nəqliyyatın hərəkəti tam dayanmasın”.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275