NƏQLİYYAT

Bu yollar sabah bağlı olacaq
25 APREL 2016
387

Bu yollar sabah bağlı olacaq

2016-04-25 18:40:00

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.

“Azəravtoyol”dan fins.az-a verilən məlumata görə, işlər 26 aprel səhər saat 10:00-dan başlanılacaq və axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Adı çəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267