MÜSAHİBƏ

Vüqar Bayramov: "Depozit portfelində ciddi artımların olmamasına səbəb banklara olan inamla bağlıdır" - MÜSAHİBƏ
16 AVQUST
232

Vüqar Bayramov: "Depozit portfelində ciddi artımların olmamasına səbəb banklara olan inamla bağlıdır" - MÜSAHİBƏ

2019-08-16 12:05:00

İqtisadçı-ekspert Vüqar Bayramovun Fins.az-a müsahibısini təqdim edirik.

Necə düşünürsünüz problemli kreditlərin həll olunması bank sektorunun inkişafına hansı formada kömək edəcək?

Problemli kreditlərin həlli vacibdir. Çünki problemli kreditlərin həlli üçün beynəlxalq standartlara uyğun olaraq problemli kreditlərin ümumi kredit payının 3 faizədək endirilməsinə ehtiyac var. Hələlik 2 rəqəmli həddədir. Və sözsüz ölkə prezident tərəfindən problemli krediti olan fiziki şəxslərə güzəştlərin tətbiq edilməsi ilə bağlı fərmanın icrası problemli kreditlərin həcminin azalmasına səbəb oldu. Bu həm də banklar üçün yeni imkan idi. Və xüsusən də banklar bu güzəştlərdən istifadə edərək likvidliliyini daha çox artırmalı və problemli kreditlərin həcmini daha da azaltmalıdırlar. Bu baxımdan problemli kreditlərin həcminin azaldırlması prioritet olmalıdır.

Hələ də Azərbaycan əhalisi əlində olan pulunu banklara əmanət kimi qoymaqda çəkinirlər. Sizcə bu nə ilə əlaqədardır?

Depozit portfelinin həcmində məbləğin artımı müşahidə edilsə də belə amma yenə də banklar əhalinin passiv pulunu cəlb etməkdə ciddi çətinlik çəkirlər. Və depozit portfelində ciddi artımların olmamasına səbbə təbii ki, banklara olan inamla bağlıdır. Amma banklara inamla yanaşı depozit faizləri də əmanətlərin yerləşdirilməsinə birbaşa təsir göstərir. Valyuta strukturlarında dəyişiklik var depozitin. Dollarla pay yüksəkdir. Təbii ki, amma dollarda saxlanan depozitin payında azalma var. Nəzərə alsaq ki. Devalvasiyadan sonra bu rəqəm 80 faizdən çox idi, indi 60 faizə qədər azalıb. Hər 100 manatdan 60 manatı ABŞ dollarında və ya xarici valyutada banklarda saxlanılır. Və bankların depozit faizinin kredit faizi arasında kəskin fərq var.

Azərbaycanın bank sektorundakı durum hansı qonşu ölkənin bank sektoruna bənzəyir sizcə?

Azərbaycanın bank sektrunu MDB ölkələrininki ilə müqayisə etsək fərqlilik var, amma elə də ciddi fərqlər yoxdur. Praktiki olaraq MDB ölkələrinin bank sektorları ciddi inkişaf etməyib. Bəzi ölkələrdə nisbətən daha çox inkişaf müşahidə olunub. Amma bunlar da xüsusən də inkişaf müşahidə olunmuş Qazaxıstan və Rusiyada 2014-cü il neft şokundan sonra həmin ölkələrdə də bank sektorunda problemlər müşahidə olunmağa başladı və nəticədə həmin ölkələrin də bank sektoru dayanıqlı hesab olunmur. Ona görə də qonşu ölkələrlə müqayisə etsək ciddi bir fərq yoxdur.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır