MÜSAHİBƏ

Paşa Bayramov : "İşçi tapmaqda çətinlik çəkirik "
21 NOYABR
433

Paşa Bayramov : "İşçi tapmaqda çətinlik çəkirik "

2018-11-21 16:51:00

Fins.az-a ölkənin İnformasiya və Komunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən böyük  şirkətlərindən biri Apertech –ın idarə heyyətinin sədri  Paşa Bayramov  Azərbaycanda sözügedən sahədə fəaliyyət prinsiplərinin müəyyən olunması və xidmətlər barədə məlumat verib. Azərbaycanda mobil application hazırlayan şirkətə rəhbərlik edən  Paşa Bayramov deyib ki,  “Müştəri bizdən qiymət istəyəndə biz həmin gün qiymət demirik”

Apertech şirkəti  əsasən hansı xidmətləri təklif edir və sizin şirkətin bu sahədə fəaliyyət göstərən başqa şirkətlərdən üstünlüyü  nədir?

O bildirib ki, rəhbərlik etdiyi Apertech şirkəti  İnfor şirkətinin Azərbaycandakı rəsmi və qlobal distribütoruyuq İT və development  team və consalting xidməti göstəririk,müxtəlif şirkətlərə proqramlar satırıq,proqramların yazılmasını həyat keçiririk ,aplicatinların quraşdırılması və dəstəyi ilə məşğul oluruq.Azərbaycanda İnfor şirkətinin rəsmi tərəfdaşı olduğumuz üçün İnfor şirkətinin ən son məhsullarından istifadə edirik.Hazırda bizim interpritasiya Azərbaycanda ən uğurlu interpritasiyalardan biri hesab olunur.Hətta müştərimiz olub ki,ona başqa bir şirkətin xidmətini təklif etmişik uğursuz alınıb.Eyni məhsulu  həmin şirkətə biz çox uğurlu şəkildə tətbiq etmişik ona görə müştəri bizimlə uzun illərdir işləyir.Daim innovasiyaları izləyirik yenilikləri ölkəmizdə tətbiq etməyə çalışırıq.

Mobil aplication-ların qiymətini hansı prinsiplərlə təyin edirsiniz?

Mobil aplicationların qiymətini təyin etmək üçün aplikasiyada nələr istifadə olunmalıdır,nə qədər servislər olmalıdır,modulların sayı və növü bütün bunlar razılşadırılandan sonra qiymət təyin olunur. Qiymət insanların,şirkətlərin istəyi və tələbləri mütənasibdir.Müştəri bizdən qiymət istəyəndə biz həmin gün qiymət demirik.Bir neçə gün təhlildən sonra xidmətlər və tələblərə uyğun ümumi qiymət müəyyənləşdiririk.

Azərbaycanda  bu fəaliyyətlə məşğul olmağın hansı çətinlikləri var?

İndiyə kimi bizim fəaliyyət üçün hər hansı inzibati çətinlik yaradılmayıb.Yəni dövlət orqanları tərəfindən bizə maneçilik törədilmir.Azərbaycanda İT xidmətlər bazarı hələ yeni-yeni formalaşır.Çox təəssüf ki, hələ də bir çox böyük eləcə də kiçik şirkətlərimiz dərk etmir ki, belə xidmət lazımdır və bu xidmət onlara nə qədər kömək edəcək və s.Biz məcbur oluruq hər dəfə onaları başa salaq.Bəzən elə olur ki,insanlar elə bilirlər ki,guya biz onlardan “pul qopartmağa” çalışırıq.Əslində bizim satdığımız hər hansı bir xidmət onlar üçün çox böyük əhəmiyyətə malik olur.Onlar sonradan başa düşürlər ki, bizə ödədikləri məbləğdən daha çox qazanc əldə edirlər.Əsasən ilk mərhələdə hərhansı yeni texnologiyanın tətbiqi ilə bağlı çətinlik yaranır.Daha sonra biz müştəriyə ximəti və məhsulun əhəmiyyətini izah edirik hər şey normallaşır.Biz bu sahədə işçi axtaranda müəyyən çətinliklər yaranır yetərincə böyük və bahalı kurslar olsa da həmin kursların hazırladığı insanlar o kursları çox bərbad səviyyədə bitirirlər .Bizə işçi tapmaq da çətindir.Bir çox hallarda layihə tapmaq da çətin olur.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256