MÜSAHİBƏ

Bu hosteldə tələbələr də qonaq ola bilər - MÜSAHİBƏ
18 YANVAR
1302

Bu hosteldə tələbələr də qonaq ola bilər - MÜSAHİBƏ

2018-01-18 15:01:00

Paytaxt Bakıda daha bir hostel işə başalyıb. Karvansaray adlanan qonaq evi  yeni ilin 10 yanvar tarixindən fəaliyyətə başalyıb. Odur ki, hostellə daha yaxından tanış olmaq üçün Turizm.fins.az hostelin təsisçisi Ramil Əliyev ilə həmsöhbət olub.

Nə üçün Karvansaray?

Hələ qədim zamanlardan insanlar məhz karvanlarla fərqli ərazilərə səyahət edirdilər və bu zaman istirahət üçün insanlar karvansaraylarda qalırdılar. Elə bundan irəli gələrək düşündük ki, hostelimizin adını Karvansaray adlandıraq. Ümumiyyətlə son zamanlar şəhərimizdə də hostellərə tələbin olduğunu görüb belə bir addım atdıq.

Hostelimiz şəhərin mərkəzində Zərifə Əliyeva 14 ünvanında yerləşir. Hostelin sağ tərəfində Fəvvarələr meydanı sol tərəfində isə Dəniz Kənarı Milli park yerləşir. Bu da elə üstünlüklərimizdən biridir. Şəhərimizə gələn əcnəbi turistlər paytaxtımızın mərkəzi küçələrinə asanlıqla başçəkə bilirlər.

Hostel neçə otaqlıdır?

Təbii ki, biz hostelin hazırlanmasında dizaynerlərin xidmətlərindən istifadə etmişik. Hostelimiz müasir üslubda dizayn olunub. Hostel arxitekturlu binanın ikinci mərtəbəsində yerləşir . Ümumilikdə hosteldə 6 otaq var. Biri qonaqların əyləncə otağı kimi nəzərdə tutulub. Digər biri isə mətbəxdir. Mətbəxdə qonaqlar öz arzu etdikləri yeməkləri özləri hazırlaya bilərlər. Eyni zamanda istədikləri yeməyi sifariş edə bilərlər.

 Otaqlar neçə nəfərlikdi?

Otaqlarımız fərqlidir. Bəzi otaqlarımız 8-10, bəzi otaqlaramız isə daha az nəfər üçün nəzərdə tutulub. Bu tip otaqlarımız sırf ailəli qonaqlar üçün nəzərdə tutulub. Ümumilikdə eyni zamanda hosteldə 28 qonaq gecələyə bilər.  Həmçinin doluluq səviyyəsinə görə otaqlarda qonaqların qalmasını tənzimləyirik. Misal üçün bəzi otaqlarda sırf xanımlar bəzilərində isə sırf bəylər də qonaqlaya bilər.

Yerli turistlərimiz hostelinizdə qonaqlaya bilər?

Əlbətdə olur ki, bölgələrdən paytaxta vətəndaşlarımız  gəlir. Bir çox insanlar qonaq olduqları evdə ev sahibinə çətinlik yaratmamaq üçün hostel xidmətimizə müraciət edə bilərlər. Həmçinin işlə bağlı və ya tədbirlə bağlı paytaxta gələn vətəndaşlarımız bizim hosteldə qonaqlaya bilər.  Bəzi hostellərdən fərqli olaraq bizim hosteldə yerli vətəndaşlarımız da qonaqlaya bilərlər. Bunun üçün isə həmin şəxslərdən yalnız şəxsiyyət vəsiqəsi tələb olunur..

Güzəştlər

Tələbələr üçün qiymət siyasətimizi tam fərqli edəcəyik. Belə ki, hostelimizdə uzun müddət qalan qonaqlara xüsusi endirimlər olacaq. Tələbələrə isə minumum 40% endirim edəcəyik.

Nigah kağızı tələb olunur?

Otellərdən fərqli olaraq hosteldə belə hallar olmur. Amma nigah kağızı da tələb olunmur.

Təhlükəsizlik

Gələn qonaqlarımızın təhlükəsizliyi üçün və qonaqlarımızın əşyalarının itməməsi kimi hallarnan rastlaşmamaq üçün hosteldə əksər yerlərdə təhlükəsizlik kameraları quraşdırılıb.

Qiymətlər?

Hosteldə olan qiymətlər yataq dəstlərinin keyfiyyətinə və qonaq sayına görə dəyişir.  Qiymətlərimiz 17-35 manat arasında dəyişir. Bu qiymətlər həm xarici həm də yerli qonaqlarımız üçün keçərlidir. Mövsümə görə qiymətlər aşağı yuxarı ola bilər.

Yeməklər

Bizim hosteldə qonaqlar  üçün soyuducular var. Bu soyuducuda qonaqlar ərzaqları saxlaya bilərlər. İstədikləri vaxtda mətbəxdən istifadə edərək istədikləri yeməkləri bişirə bilərlər. Bundan başqa qonaqlarımız yemək də sifariş verə bilərlər. Səhər yeməklərinin qiymətləri 1-3 manat arasında dəyişir. Nahar və şam yeməklərinin məbləği isə sifarişdən asılıdır.

Transfer xidmətləri

Əsasən otellərdən fərqli olaraq  hosteldə qalan qonaqlar daha qənaətçil olduqlarından transfer xidmətlərin də maraqlı olmurlar. Lakin bizim hosteldə qonaqlar üçün transfer xidmətləri də var. Yaz mövsümündən başlayaraq isə qonaqlarımıza velosiped xidməti də təklif edəcəyik. Turistlər velosipedləri saatlıq və ya günlük icarələyə biləcəklər.

Əyləncə

Hosteldə qonaqlarımızın boş vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif əyləncə növləri təklif olunur. Misal üçün qonaqlarımız domino,şahmat , playstation kimi əyləncə növlərindən pulsuz istifadə edə bilərlər. Bundan başqa hostelimizin qonaqları şəhərimizin klub və restoranlarından güzəştli şərtlərlə faydalana bilərlər. Belə ki, bir çox əyləncə mərkəzləri ilə qarşılıqlı anlaşma əsasında bu mərkəzlər qonaqlarımıza endirimlər edirlər. Belə ki, qonaqlarımız üçün bir çox klublara giriş pulsuz olacaq. Bundan başqa restoranlarda endirimlər olacaq. Həmçinin qonaqların həmin yerlərə çatdırlımasında endirimlər olacaq.

Rahatlıq

Hostelimizdə yataqlar tam ortopedik yataqlarla təmin edilib. Çarpayılarımız bir çox hostellərdə olduğundan fərqli olaraq daha böyükdür. 4 nəfərlik otaqlarımız plazma tvlərlə təchiz olunub. Xanımlar və bəylər üçün ayrıca sanitar qovşaq və hamam var.

 

Qonaqlarınız əsasən hansı ölkələrdən olub?

Bəlli bir ölkə vətəndaşları var ki, onlar hostellərdə qalırlar. Bu turistlər büdcə ilə yanaşı daha çox hostellərdə olan atmosfer ilə maraqlanırlar. Bizim hostelə daha çox Rusiyadan, Ukraynadan , Çindən və Avropa ölkələrindən olan turistlər müraciət edirlər. Həmçinin Hindistan və Pakistandan da müraciət edənlər olur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300