MÜSAHİBƏ

Bu ölkənin turistləri Azərbaycana 18 dollara,biz isə onların ölkəsinə 250 dollara viza alırıq - MÜSAHİBƏ
18 DEKABR 2017
521

Bu ölkənin turistləri Azərbaycana 18 dollara,biz isə onların ölkəsinə 250 dollara viza alırıq - MÜSAHİBƏ

2017-12-18 12:26:00

Ölkəmizdə artıq çoxdan fəaliyyət göstərən turizm şirkətlərindən biri də TurinterViza turizm şirkətidir. Adı çəkilən şirkətin ölkə turizm sahəsində böyük təcrübəsinin olduğunu nəzərə alaraq Turizm.fins.az adı çəkilən şirkətin direktor müavini Səbinə Hacıyeva ilə müsahibəni təqdim edir.

 

Başa vurmaqda olduğumuz 2017-ci il qənaət bəxş oldu?

Ötən illərlə müqayisə etsək, bu il müraciətlər azdır. Buna səbəblərdən biri də şirkətlərin sayının çoxluğudur. Hesab edirəm ki, çox yaxşı olardı ki,bir müddət əvvəl ləğv olunan turizm şirkətləri üçün lisenziya məsələsi yenidən bərpa olsun.

2018-ci ildə gözləntiləriniz nədir?

Növbəti  il üçün gözləntimiz böyükdür.  Çünki Çində filia açmışıq. Hazırda Çinin Quançjou şəhərində yeni filialımızda müəyyən hazılıq işləri gedir. Çox gümanki yeni ofisimiz yanvar ayından işə başlayacaq.

Necə fikirləşirsiz çinli turistləri ölkəmizə necə cəlb edə bilərik?

Çinli turistlər Dubay turistləri kimi deyil . Onları ərəb turistlər kimi ticarət obyektləri maraqlandırmır. Çinli turistləri daha çox tarixi yerlərə maraq göstərirlər. Həmçinin çinlilər bir neçə ölkə seçirlər. Biz çinli turistlərimiz üçün miks turlar hazırlayırıq.

Əcnəbi turistləri qəbul etmək üçün yetərincə yüksək ixtisaslı bələdçilərimiz var?

Savadlı bələdçilərimiz olduqca azdır. Hesab edirəm ki, bu günki gün üçün azdır.

Çinə azərbaycanlı turistləri aparmaqda çətinlik çəkirsiz?

Hazırda Azərbaycan vətəndaşının çinə getməyi ABŞ-a getməkdən çətin olub. Şərtlər olduqca çətindir. Hazırda Çinə qrup halında səfər etmək istəyənlərə viza verilməsi dayandırılıb. Əvvəllər isə qrup halında getmək istəyənlərə viza verilirdi.

İndi invidual viza qaydaları tətbiq olunub. 30 günlük və 6 aylıq. 30 günlüyün şərtləri isə olduqca ağırdır. Əgər 30 günlük Çinə bir nəfər getmək istəyirsə həmin şəxsin hesabında 20-25 min dollar olmalıdır. İş yerindən arayış olmalıdır. Həmin şəxsin adına vöen olmalıdır. Bir sözlə olduqca çətin olub.

Amma 6 aylıq viza almaq üçün sadəcə pasport və şəkil tələb olunur. 6 aylıq Çinə getmək istəyən şəxs iki girişlə cəmi 3 günə viza ala bilir.

Bir ay bundan qabaq həm individual həm də qrup halında gedənlərə asanlıqla viza verilirdi. Qrup halında olan vizanın qiyməti standart olaraq 130 dollar idi. Lakin sonradan viza rüsumunu 90 dollara endirdilər. Daha sonra isə ləğv etdilər.

İndi viza individual 250 dollardı. Halbuki, çinlilər bura gəlmək üçün online vizanı cəmi 18 dollara alırlar.

Yerli turistlərimiz ən çox  hansı xarici ölkələrə səfər edirlər?

Yerli turistlərimiz ən çox İstanbul,Dubay, Gürcüstana gedirlər.  VİP müştərilər isə Avropaya tur alırlar.

Həmçinin Kislavodsk, Minvod, Xarkov bu istiqamətlərə də tur alanlar var. Hazırda bu istiqamətə Buta Airways reylər açdığından və bu biletlər ucuz olduğundan bu istiqamətə turlar daha çox sifariş olunur. Yaşı 40-50 dən çox olanlar Mineralniyi vodui Kisalvodska üstünlük verirlər.

Yerli turistlərimiz Yeni İldə ölkə daxili hansı istiqamətlərə üstünlük verirlər?

Qəbələyə daha çox səfər edirlər. Həmçinin Şamaxı da Sakit gölü seçənlər də olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254