MÜSAHİBƏ

«Bütün sərvətlər bir neçə əldə cəmləşib» - MÜSAHİBƏ
04 İYUL
391

«Bütün sərvətlər bir neçə əldə cəmləşib» - MÜSAHİBƏ

2016-07-04 11:41:00

“İnsan olmaq pul qazanmaqdan daha önəmlidir”. Dünya şöhrətli alim, Sülh üzrə Nobel mükafatı laureatı Məhəmməd Yunusa məxsus bu ifadə, uzun illərdir bir çox ölkələrdə insan kapitalı konsepsiyasının təməlini təşkil edir. Dünyanın “100 ən böyük düşünən”inin siyahısında 2-ci yerdə qərarlaşan professor Yunus həyatı boyu əldə etdiyi nailiyyətləri, qazandığı təcrübəni və sadə insanların yaşam mübarizəsini “Kasıbların bankiri” kitabı ilə dünyaya çatdırıb. Hər bir insanın dərs götürə biləcəyi bu kitab artıq Azərbaycan oxucusu üçün də əlçatandır. Oxucuların səbirsizliklə gözlədiyi kitabdakı konsepsiya və fikirlərin qlobal əhəmiyyətini nəzərə alan Beynəlxalq Avrasiya Mətbuat Fondu Məhəmməd Yunusu Ali mükafata layiq görüb. 

Kasıbların bankiri Məhəmməd Yunus, 1940-cı ildə Banqladeşdə müsəlman ailəsində dünyaya gəlib. Benqal cəmiyyətinin bütün təbəqələrinin yaşayış tərzi ilə yaxından tanış olan Yunus, BMT kimi bir sıra mötəbər təşkilatlarda təmsil etdiyi cəmiyyətin problemlərini dünyaya çatdıra bilib. Onun müəllifi olduğu mikromaliyyə konsepsiyası, istər Banqladeşdə, istərsə də inkişaf etməkdə olan ölkələrdəki kiçik və orta bizneslərin inkişafına böyük təkan verib. Məhz, bu fəaliyyətinə görə Məhəmməd Yunus, 2006-cı ildə Sülh üzrə Nobel Mükafatına layiq görüıüb. 

Xəbər verildiyi kimi, iyunda Məhəmməd Yunus Azərbaycanda səfərdə olub. Səfər zamanı o, Prezident İlham Əliyevlə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla, İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb, ADA və İqtisadiyyat Universitetində məruzə ilə çıxış edib, eləcə də İqtisadiyyat Universitetində Beynəlxalq Yunus Mərkəzinin Bakıdakı ofisinin açılışında iştirak edib. Səfərinin sonunda EurasiaDiary analitik informasiya portalı M.Yunusla müsahibə edib. Müsahibəni EurasiaDiary portalının da daxil olduğu Avrasiya Media Şəbəkəsinin təsisçisi Umud Mirzəyev götürüb. Fins.az həmin müsahibəni  təqdims edir.

- Cənab Yunus, istərdim ki, salamlayim və suallarıma başlayım. Mən uzun illərdir ki, sizin tərcümeyi-halınızla maraqlanıram, həyat təcrübələrinizi öyrənməyə çalışıram. Sizi yoxsulluqla mübarizəyə səsləyən, ruhdan düşməyə qoymayan hansı amillərdir. 

- Məndəfələrlə bunuqeydedirəmki, yoxsulluqinsanhaqlarınıninkarıdır. Bu sadəcə bir insan haqqının pozuntusu yox, bütün insan haqlarını toplu şəkildə pozuntusudur. Biz bunun öhdəsindən gəlməliyik. Bəşəriyyətin sahib olduğu insan haqlarına diqqət yetirməyərək , həyatımıza davam edə bilmərik. Digər bir tərəfdən isə mən bu yoxsulluğun süni şəkildə yaradıldığını düşünürəm. Bu insan təbiətinə xas bir hal deyil.  İnsanlıq hər zaman yaradıcı güc olmuşdur. Lakin biz necəsə olub ki, hər kəsə yoxsulluq aşılamağa çalışan bir sistem yaratmışıq. Yoxsulluq nə fərdlərdən, nə cəmiyyətdən asılı deyil. Yoxsulluq sistemdən qaynaqlanır.  Əgər bu yaradılışdan asılı deyil sistemdən asılıdırsa, biz sistemi dəyişə bilərik. Biz sistemi elə dəyişə bilərik ki hər kəs yoxsulluqdan yaxa qurtara bilər. Mən elə bu istiqamətdə mübarizə aparıram. Çalışıram ki, sistemi, əsasən də maliyyə sistemini düzəldək.Maliyyə sistemləri yoxsulluğu yaradan və belə desək “qoruyan” əsas cavabdehdir. Elə isə nəyə görə biz onu dəyişməməliyik? Buna görə də biz alternative bank sistemlərini yaratdıq. Qramen bankı məhz bu məqsədə xidmət göstərir. Mikro kreditlər ilə buna çalışırıq. Çalışırıq ki, maliyyə sistemlərini ən kasıblar üçün belə əlçatan edək. Ənənəvi sistem ediləcək heç bir şeyi olmadığını deyəndə biz əksini sübut edirik. Beləliklə tədricən biz digər konseptlərlə; biznes, işsizlik konseptləri ilə məşğul oluruq. Bu bizim fəaliyyətimizin sadəcə bir tərkib hissəsidir. Lakin əsas məsələ budur ki, yoxsulluq insane haqlarının inkarıdır. Biz hammız ona qarşı savaşmalıyıq. Çalışmalıyıq ki, insanlar yoxsulluqdan xilas olsun. Kasıbların bunu öz başlarına etməsi üçün isə sistem dəyişilməlidir. Əvvəla düşünün ki, siz Banqladeşdə, belə bir ərazidə, bu dövrdə yaşayırsınız və kəskin aclıq və yoxsulluq hökm sürür. Belə bir yoxsulluq okeanında yaşaya bilərsinizmi? Üstəlik buna qarşı mübarizə üçün heç bir yolunuz yoxdur. Beləliklə buna qarşı mübarizə apararaq daha çox prosesə  cəlb olunurdum. Və daha çox işləməyə çalışırdım. Bu digərlərinin söylədiyi qədər də çətin bir iş deyil. İşin özü məni daha da təşviq etdi. İnsanların çalışdığını, özlərinin qeydinə qaldığını gördükcə mən daha da cəsarətləndim.  İnsanlar öz yaradıcı bacarıqlarını sərgiləyib dünyalarını dəyişə bildilər. Kənardan heç bir kəsin sizin üçün addım atmasına ehtiyac duymadan, nə hakimiyyətin, nə də beynəlxalq qurumların gəlib onları xilas etməsini və yaşadıqları şəraitdən qurtarmağını gözləmədən. Fərdi şəkildə buna nail oldular. Bu insanlarla ciyin-ciyinə savaşdığı bir mübarizədir. Lakin eyni zamanda insanların fərdi olaraq etdikləri qlobal dünyanı da dəyişir. Ənənəvi iqtisadi nəzəriyyələrin və ənənəvi qurumların etdiklərininin şahidi olursan. O qurumları dəyişirsən, axını dəyişirsən və insanlar yoxsulluqdan qurtulur. Bu qədər sadə. Elə bu da məni daha da cəsarətləndirir. 

- Həyat yolunuz başdan başa insanlıq uğrunda bir mübarizələr məktəbidir. Sizin yoxsulluğa qarşı başlanan bu mübarizəniz daha sonra çox sevdiyiniz Banqladeşin suverenliyi uğrunda mübarizəyə, daha sonra qlobal dünyada barışın və sülhün təbliği uğrunda mübarizələrə apardı.  Bunlar arasında siz hansı bağlılığı görürsünüz? 

- Əsas etibarilə bunlar elə eyni şeylərdir, bir biri ilə əlaqəlidir. Yoxsulluğun davam etməsi ilə sülhə nail olmaq mümkün deyil. Bu iki məhvum ayrılıqda mövcud ola bilməz. Yoxsulluq hər zaman sülh üçün təhlükədir. Elə isə yoxsulluqla necə mübarizə aparmaq lazımdır ki, insanları münaqişəyə şövq edən, müharibəyə sürükləyən amillər, iqtisadi səsəblər yox olsun və sülh bərqərar olsun. Hazırda vəziyyət daha da pisləşir, çünki dünya sərvəti sadəcə bir neçə əldə cəmləşib. Cari sistem bütün sərvətlərin aşağılardan alınıb yuxarıdakı bir neçə şəxsin əlində cəmləşdiyi bir sistemdir. Sistemin ucbatından dünyadakı bir neçə şəxs bütün sərvəti öz əlində toplayıb. Yuxarıdakı bu adamların sayı azaldıqca sərvət də əslində azalır. Nəticə etibarilə insaların əksəriyyəti sahib olmalı olduqları var-dövlətdən məhrum qalır. Beləliklə də mövcud sistem bədbəxtlik üçün də, münaqişələr üçün də çoxlu səbəblər gətirir. Beləlikə daha yaxşı yer üçün, daha çox gəlir üçün insanlar insanlarla, xalqlar xalqlara qarşı qarşıya gəlir. Gəlirlər daha az insanın əlində toplandıqca daha az xalqlar ondan bəhrələnir, bütün dünyada kiçik bir region dünyanın bütün sərvətinə sahib olduğu bir zamanda geridə qalanlar isə aclıqdan əziyyət çəkir. Hər an partlaya biləcək bu bombanın zamanı azaldıqca mən insanlara elə bu məsələləri çatdırmağa çalışıram ki,  dünyada gəlirlər bərabər şəkildə bölüşdürülsün. Belə ki, az insanın əlində olmaq yerinə bütün insanlar bu sərvətdən yararlana bilsin. 

-Mən Beynəlxalq Sülh Bürosunun Qərbi Asiya ölkələri üzrə nümayəndəsiyəm. Bura 18 ölkə daxildir, lakin bu ölkələrin 18-ində də demek olar konflikt var. O cümlədən, mənim məsul olduğum ölkə də münaqişəyə cəlb olunmuş ölkələrdən biridir. 1 milyon qaçqın var. Dünən Dünya Qaçqınlar günü idi. Səslənən rəqəmlər statistikaya nəzər salsaq 50 milyondan çox qaçqın var. Əslinə qalanda bu münaqişələr evlərin dağılması, insanların qaçqın düşməsi, yoxsulluğun artması deməkdir. Siz bu konfliktlərin aradan qaldırılmasında super güclərin, beynəlxalq təşkilatların rolunu necə görürsünüz? 

- Əvvəla münaqişələrin həllində iki tərəf var.Biri münaqişə səbəblərinin aradan qaldırılmasıdır. Sizi münaqişəyə sürükləyən səbəblərinin kökünü tapmaqdır. Sadəcə kənardan oturaraq sülh modelini  tərəflərə yeritməyə çalışmaq sülh şəraiti yaratmayacaq və sülh əldə olsa belə davamlı olmayacaq. Çünki səbəblər hədəfə alınmalıdır. Beynəlxalq ictimaiyyətin, super güclərin rolu danılmazdır. Elə buna görə də BMT var. Bütün xalqlar eyni masa ətrafında oturub müzakirə etsin deyə.Təəssüf ki, məsələ münaqişə olduqda bununla Təhlükəsizlik Şürası məşğul olur. TŞ-sı isə super güclər tərəfindən idarə olunur. Digər dövlətlərin isə münaqişələrdə söz haqqı yoxdur. Necə edək ki bütün dövlətlər iştirak etsin və qlobal ictimaiyyət də prosesə qoşulsun.İndi isə münaqişələrin davam etmsəi və ya stabil saxlanması və ya həll olunması super güclərin maraqlarında asılıdır. Belə ki onların öz planları, öz maraqları, avantajları var. Dünyadakı mövcud sistemdəki qlobal idarəçilik dəyişilməlidir, yaxçılaşdırılmalıdır.  İndi isə münaqişə həllində əsas rol oynayan super güclər isə hər kəsə silah satır. Silahlar xüsusən də kütləvi qırğın silahları iqtisadi məqsədlərə görə satılır. Beləliklə sülh və silah satışı, bu iki konsepsiyanı bir yerdə təsəvvür etmək olmaz. Silah satışını və hərbi yardımları artırmaqla eyni zamanda münaqişə həllində danışa bilməzsiniz. İlk öncə nəzərə almalıyıq ki, dünyada hal hazırda necə böyük bir miqyasda silah alış-verişi var. Bu əsas məsələsdir. Nəyə görə bu böyük güclər kütləvi qırğın silahları satır və müxtəlif regionlarda genişmiqyaslı münaqişələri qızışdırır. Buna qarşı necə mübarizə aparmaq olar? İllik xərclərə nəzər salsaq görərik ki, hər il trilyonlarla dollar vəsait məhz hərbi xərclərə və silah alış-verişinə ayrılır. Ən başda da dünyadakı hərbi büdcənin 60 fazi ilə ABŞ gəlir. Bu münaqişələrin həll öprinsipləri ilə üst-üstə düşmür. Hər kəs bu barədə bir düşünməlidir, necə bununla savaşaq? Bunu elə həmin ölkələrə mi həvalə edək ki bildikləri kimi davam etsinlər yoxsa səsimizi duyuraq? İkinci bir tərəfdən isə məhz ac gözlük üstündə qurulmuş iqtisadi sistem silah alış-verişini ənənəvi biznesə çevirib. Bu belə olmamalıdır. Bu bəşəri dəyərlərə və canlı aləmə dağıdıcı zərbə vurmaqdır və biz hələ də bunu etməyə davam edirik. Çünki, iqtisadiyyatın mahiyyəti hərisliyə ( acıgözlüyə) əsaslanır. Biz isəi nsani dəyərlərə əsaslanan ümumbəşəri dəyərlər haqqında danışırıq. Biz insan haqqlarından danışdığımız zaman həqiqətən də fərqli iş tuturuq. Odur ki, ümumi sistemlə uyğunsuzluq mövcuddur. Biz sadəcə uz döndərib “dünyanın kiçik hissəsində sülhü qoruyub saxlamağa çalışın” deyib gedə bilmərik.  Bu daimi həll yolu deyil, vacib  məsələlər üzərinə yenidən qayıtmalıyıq. Necə dünya, necə iqtisadiyyat, ümumbəşəri dəyərlərin hansını bu gün istəyirik qərar verməliyik.Onsuz da, insan nəfsinə əsaslanan iqtisadi sistemi işləməklə sadaladığım dəyərləri demək olar ki itirmişik. Belə getsə, digər məsələlər barədə də unudulacaq. Yeganə bacardığınız iş pul qazanmaqdır, daha da zənginləşməkdir. Fərd olaraq, millət olaraq bu bu məsələlər barədə düşünməliyik. 

- Yoxsulluqla və konfliktlərlə mübarizədə vətəndaş cəmiyyətinin rolunu nədə görürsünüz? 

- Yoxsulluğun azaldılmasının və ya aradan qaldırlmasının yalnız hökümətin əlində deyildir burada  vətəndaş cəmiyyətinin çox mühüm rolu vardır. Hökümət sadəcə bu işin bir hissəsini həyata keçirə bilər. Hər bir fərdin isə bu məsələdə öz şəxsi rolu vardır. Hər bir fərd yoxsulluq probleminin həllində mühüm rola malikdir belə ki o öz məsuliyyətini dərk etməlidir. Hökümət və vətəndaş cəmiyyəti öz məsuliyyətini yerinə yetirməlidir. Vətəndaşlar bu məsələsinin həllində ən mühüm hissədir. 

- Azərbaycan haqqında, Azərbaycandakı görüşləri və bizim təşkilat ilə bağlı təəssüratlarınızı bölüşməyinizi istərdim.

- Mən burda, Azərbaycanda olmağıma çox şadam. Bu mənim ilk səfərimdir. Azərbaycandakı inkişafdan çox təsirlənmişəm. Bu inkişafın hansı müddət ərzində əldə edildiyinə dair heç bir məlumatım yoxdu. Burda olduqdan sonra və insanlarla danışdıqdan sonra çox qısa bir zamanda nə qədər böyük işlərin görülə biləcəyinə əmin oldum. bu mənim ilk təəssüratlarımdır. mən görürəm ki, burada insanlar müzakirələrə və yeni şeylər öyrənməyə açıqdırlar. bu etdiklərimiz haqda danışmamalıyıq kimi bir şey deyil. insanlar həmişə bütün bunları necə etdiyimizi anlamaq istəyirlər. Mən əminəm ki, digər insanlar da belə edərdilər. açıqqəlblilik çox təsiredicidir. İnsanlar bir birilərini dinləyərək gələcəyi görmək istəyirlər. Necə gələcək qura biləcəklərini görmək istəyirlər. Gələcək gənc nəsil Azərbaycanın inkişafını tamamilə başqa istiqamətdə görürlər. onların ölkənin və xalqın gələcəyinin nece olacağına dair oz baxışları var. Gələcəyə nəzər salmaq çox həyəcanvericidir. Mənim səfərimlə əlaqəli orqanlar, mənə öz siyasətçilərini, nazirlərini, prezidentlərini və akademik dünyalarını çox gözəl tanıtdılar. Beləliklə, mən çox xoşbəxtəm və geri xoş xatirələr və təcrübə ilə qayıdıram. Yenidən qayıdacağıma ümid edirem.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275