MÜSABİQƏ

"Qarabağ"ın pul mükafatı
30 AVQUST
328

"Qarabağ"ın pul mükafatı

2019-08-30 10:37:00
Şimali İrlandiyanın "Linfild" komandasını Bakıda 2:1 hesabı ilə məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" 2,92 milyon avro (təxminən 5.5 milyon manat) mükafat da əldə edib. 
Fins.az xəbər verir ki, UEFA anoloji uğura imza atan bütün komandalara eyni məbləğdə pul verəcək. 
Ağdam təmsilçisi bunadək Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro (təxminən 2.15 milyon manat) gəlir əldə edib.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır