MÜSABİQƏ

Fransa klubu ingilis milyarderə satıldı
27 AVQUST
301

Fransa klubu ingilis milyarderə satıldı

2019-08-27 16:12:00
Fransanın "Nice" klubunun sahibi dəyişib.

Fins.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi İNEOS şirkətinə satılıb.  İNEOS şirkətinin sahibi ingiltərəli iş adamı Cim Retkliffdir. Onun 24,5 milyard dollar sərvəti var.

Fransa mətbuatının iddiasına görə, İsveçrənin Lozanna klubunun və SKY velosiped komandasının sahibi olan 66 yaşlı Cim, Nice-nin səhmləri üçün 120 milyon avro ödəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır