MÜSABİQƏ

“Qarabağ”ın yolunu "Ayaks" kəsə bilər
05 AVQUST
419

“Qarabağ”ın yolunu "Ayaks" kəsə bilər

2019-08-05 14:25:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Fins.az-ın məlumatına görə, Ağdam təmsilçisi III təsnifatda Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə,  PAOK (Yunanıstan) / “Ayaks” (Hollandiya) cütünün qalibiilə qarşılaşacaq.

“Qarabağ” pley-offa yüksələrsə, ilk oyunu evdə keçirəcək.

Çempionlar Yolu

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan)

ÇFR (Kluj, Rumıniya) / "Seltik" (Şotlandiya) - "Slaviya" (Praqa, Çexiya)

"Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya) / "Kopenhagen"

APOEL (Kipr) / "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan) / "Ayaks" (Hollandiya)

Liqa Yolu

"Bazel" (İsveçrə) / LASK (Avstriya) - "Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)

"İstanbul Başakşehir" (Türkiyə) / "Olimpiakos" (Yunanıstan) - "Krasnodar" (Rusiya) / "Portu" (Portuqaliya) 

Qeyd edək ki, pley-off mərhələsinin matçları 20-21 və 27-28 avqustda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır