MÜSABİQƏ

PSJ Neymarla bağlı son cəhdini edir
31 İYUL
161

PSJ Neymarla bağlı son cəhdini edir

2019-07-31 17:24:00

PSJ futbolçusu Neymarı komandada saxlamaq üçün son cəhdini etməyə hazırlaşır.

Fins.az xəbər verir ki, Paris klubunun idman direktoru Leonardo komandanın yeni mövsüm üçün hazırlaşdığı Çinə gedəcək. Klub nümayəndəsi orada 27 yaşlı hücumçu ilə görüşəcək və onu komandada qalmağa inandırmağa çalışacaq. Əgər braziliyalı oyunçu klubdan ayrılmaqda israrlı olsa, o zaman PSJ Fransa çempionatında yeni mövsüm başlayana qədər Neymarı yüksək məbləğə satmağı planlaşdıracaq.

Qeyd edək ki, Neymarla "Barselona", "Yuventus" və "Real"ın maraqlandığı iddia olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır