MÜSABİQƏ

AVRO-2020-nin seçmə mərhələsində IV tura start veriləcək
10 İYUN
128

AVRO-2020-nin seçmə mərhələsində IV tura start veriləcək

2019-06-10 09:52:00

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV tura start veriləcək.

Fins.az-ın Report-a istinadən məlumatına görə, turun ilk oyun günündə 5 qrupda 12 görüş keçiriləcək.

Ötən tur Serbiyanı darmadağın etmiş 5:0 hesabı ilə darmadağın etmiş Ukrayna yığması bu dəfə B qrupunda gözlənilməz nəticələrə imza atan Lüksemburqu qəbul edəcək. Bu komandalar 3 turdan ilk 2 pillədə qərarlaşıblar.

Daha 2 qrupda eyni durumda olan yığmaların qarşılaşmaları oynanılacaq. F qrupunda İspaniya İsveçi, G qrupunda Polşa İsraili qəbul edəcək. A qrupunda isə bu gün UEFA Millətlər Liqasında 3-cü yeri tutmuş İngiltərə istirahət edəcək. Əvəzində Çexiya Monteneqronu, Bolqarıstan isə Kosovonu qəbul edəcək.

UEFA Millətlər Liqası, IV tur

10 iyun

A qrupu

22:45. Çexiya - Monteneqro

22:45. Bolqarıstan - Kosovo

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 3 (2), Kosovo – 2 (2), Bolqarıstan – 2 (3), Monteneqro - 2 (3).

B qrupu

22:45. Ukrayna - Lüksemburq

22:45. Serbiya - Litva

Xal durumu: Ukrayna – 7 (3 oyuna), Lüksemburq – 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (2), Serbiya – 1 (2).

D qrupu

22:45. İrlandiya - Cəbəllütariq

22:45. Danimarka - Gürcüstan

Xal durumu: İrlandiya – 7 (3 oyuna), İsveçrə - 4 (2), , Gürcüstan – 3 (3), Danimarka – 2 (2), Cəbəllütariq – 0 (2).

F qrupu

22:45. İspaniya - İsveç

22:45. Malta - Rumıniya

22:45. Farer adaları - Norveç

Xal durumu: İspaniya – 9, İsveç – 7, Rumıniya – 4, Malta - 3, Norveç - 2, Farer adaları - 0.

G qrupu

22:45. Polşa - İsrail

22:45. Latviya - Sloveniya

22:45. Makedoniya - Avstriya

Xal durumu: Polşa - 9, İsrail - 7, Makedoniya - 4, Avstriya - 3, Sloveniya - 2, Latviya - 0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272