KADR İŞİ

“SOCAR AQŞ” Bakı Ali Neft Məktəbində karyera imkanlarını təqdim edib
15 MART
141

“SOCAR AQŞ” Bakı Ali Neft Məktəbində karyera imkanlarını təqdim edib

2019-03-15 15:19:00

“SOCAR AQŞ” Ali Neft Məktəbində (BANM) təşkil edilmiş BANM və ASAN “Kadr” karyera mərkəzi birgə əməkdaşlığı çərçivəsində keçirilən ikinci “Karyera sərgisi”ndə iştirak edib.

“SOCAR AQŞ”dən verilən məlumata görə, şirkət nümayəndələri təhsil ocağının tələbə və məzunlarına “SOCAR AQŞ”də mövcud olan karyera imkanları barədə məlumat verib.

Tədbirdə 80-dən çox yerli və beynəlxalq neft-qaz, telekommunikasiya, bank və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən nüfuzlu şirkətlər və dövlət qurumları təmsil olunub. Sərgidə həm BANM, həm də digər universitetlərin 2000-dən çox tələbə və məzunları iştirak edərək şirkətlərin təlim, təcrübə və iş təklifləri ilə tanış olub.

“SOCAR AQŞ” nümayəndələri mövcud təkliflərlə maraqlanan və uyğun olan namizədlərin müraciət anketlərini dəyərləndirmək üçün qəbul edib.

Sərgidə iştirak edən BANM rektoru Elmar Qasımov şirkətin işçilərinə göstərdikləri diqqətə görə təşəkkür edib. O, “SOCAR AQŞ”nin tədbirdə seçildiyini və sürətləinkişaf etməkdə olan müəssisə kimi BANM tələbələrinin diqqətini çəkdiyini qeyd edib.

“SOCAR AQŞ” inkişaf etməkdə olan müəssisə kimi yerli universitetlər, elmi-tədqiqat və sənaye assosiasiyaları ilə əməkdaşlıq etməyi, tələbə və məzunların müxtəlif işlərə cəlb olunmasını planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264