KADR İŞİ

Google-dan orada işləmək istəyənlərə VACİB MƏSLƏHƏTLƏR
14 YANVAR
229

Google-dan orada işləmək istəyənlərə VACİB MƏSLƏHƏTLƏR

2019-01-14 11:49:00

Kim Google şirkətində işə daxil olmaq istəməz ki? Araşdırmalara görə, Google ABŞ – dakı işçilərinə ən yüksək maaş verən şirkətlər arasında beşinci yerdədir. Bundan əlavə, Google – da işləmək də başlıca olaraq bir uğur və nüfuz deməkdir.

Google şirkəti burada işləmək istəyənlər üçün namizədlərdə hansı bacarıqları axtardığına və seçimləri nəyə əsasən həyata keçirdiyinə dair bəzi ipucları verib.

Xüsusilə CV – də uğurlarınızı vurğulayaraq bacarıqlarınızdan bəhs etməli və uzun və ya qısa vədəli üzərində işlədiyiniz layihələr haqqında müfəssəl olaraq məlumat verməlisiniz. Bununla yanaşı müraciət etdiyiniz vəzifənin tələblərini də nəzərə almalısınız. Bununla da Google şirkətinin iş müsahibəsi üçün sizi qısa siyahıya əlavə etməsinə nail ola bilərsiniz. Daha sonra isə şirkətlə telefon danışığı üçün hazır olmalısınız.

Bu danışıqlar adətən 30-60 dəqiqə aralığında davam edir. Davranışlarınız və problemi həll etmə bacarıqlarınız üzrə sınaqdan keçirilirsiniz. Məsələn, kompüter mühəndisliyi üçün müraciət edən namizədlər yazacaqları 20-30 abzaslıq kodlar üçün çox ciddi müsahibədən keçə bilərlər.

İş müsahibəsinə dəvət olunduğunuz təqdirdə, “təfəkkür və liderlik” kimi mövzularda sizi sınaqdan keçirəcək dörd Google işçisi ilə danışığa hazırlaşın.

Bu müsahibələrə daha yaxşı hazırlaşmaq üçün şirkətin işçiləri sizə ünvanlana biləcək 20 sualı əvvəlcədən təxmin etməyinizi istəyirlər. Bununla yanaşı, düşünmə müddəti, qrup rəhbərliyi və problem həll etmə bacarığı ilə bağlı sualları cavablandırmaq üçün əvvəlcədən hazırlıqlı olmalısınız.

İş müsahibəsindən sonra isə qərar vermə və namizədləri dəyərləndirmə müddəti bir neçə həftə davam edə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266