KADR İŞİ

Bu peşələr ixtisara düşəcək – PROQNOZ
19 İYUL
1039

Bu peşələr ixtisara düşəcək – PROQNOZ

2017-07-19 14:51:00

“Bloomberg” agentliyi tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, gələcəkdə avtomatlaşdırma səbəbindən bəzi peşələr ixtisara düşəcək. Dəyişikliklərin əsasən xidmət sahələrinə aid olacağı ehtimal edilir. Araşdırmalara əsasən, alış-veriş, nəşriyyat, sığorta sahələrinin işçiləri, həmçinin süpürgəçi və masa qulluqçuları, eləcə də manikür və pedikürlə məşğul olan, kimyəvi təmizləmə və camaşırxanalarda çalışan az gəlirli peşə sahibləri gələcəkdə robotlarla daha çox əvəz oluna bilər.

“Bloomberg” agentliyinə istinadən, elmi dərəcələri olan mütəxəssislərin, o cümlədən fiziklər, mühəndislər və müxtəlif ixtisaslı həkimlərin robotlarla əvəzlənməsi ehtimalı daha azdır.

Oksford Universitetinin alimlərinin hesablamalarına görə, ABŞ-da iş yerlərinin təxminən yarısı ixtisara düşə bilər. İngiltərə Bankının proqnozlarına əsasən, avtomatlaşdırma nəticəsində Böyük Britaniyada 15 milyon iş yeri ləğv oluna bilər.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287