KADR İŞİ

Təhsil İnstitutu dərslik yazan mütəxəssis axtarır – ŞƏRTLƏR
16 MAY
365

Təhsil İnstitutu dərslik yazan mütəxəssis axtarır – ŞƏRTLƏR

2017-05-16 09:58:00

Təhsil İnstitutu ibtidai  siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan müəllim, doktorant, metodist və mütəxəssisləri əməkdaşlığa dəvət edir. Fins.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəlliflər müsabiqə yolu ilə seçiləcək. 

Müsabiqədə iştirak etmək istəyən namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə aşağıdakı keyfiyyətlərə malik olmalıdır:  

1. İxtisas fənni üzrə dərin biliklər – vacibdir (elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər);

2. Araşdırmaçılıq (tədqiqatçılıq) keyfiyyətləri – vacibdir; 

3. Yüksək özünütəhsil vərdişləri – vacibdir;

4. Xarici dil (ən azı rus, yaxud ingilis dilləri) və kompüter bilikləri  – vacibdir;

5. Pedaqoji təcrübə – arzuolunandır;

6. Müasir pedaqogika ilə tanışlıq – arzuolunandır (hazırki kurikulum, müasir təlim texnologiyaları və s.);

7. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi – arzuolunandır (kitab, dissertasiya, məqalə və s.);

8. Tədris resurslarının hazırlanması layihələrində iştirak təcrübəsi – arzuolunandır;

9. Müxtəlif sahələrdə geniş elmi dünyagörüşü – arzuolunandır.

Bu keyfiyyətlərə malik olan və dərslik hazırlamaq üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərin özləri haqqında məlumatları əlavədəki formaya qeyd edərək zaur.isayev@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Zəruri keyfiyyətlərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaq.

Namizəd haqqında məlumat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0035
  • ₽ RUB
    0.0286