KADR İŞİ

İşsiz statusunu necə almaq olar? – ÜSULLAR
10 İYUN
655

İşsiz statusunu necə almaq olar? – ÜSULLAR

2016-06-10 15:06:00

Son aylar bir çox idarə və müəssisələrində ixtisarların olması işsizlərin sayını da çoxaldıb. Fins.az-ın məlumatına görə, bununla əlaqədar olaraq məşğulluq orqanlarına üz tutan vətəndaşların sayı çoxalıb. Məşğulluq orqanlarına müraciətlərin sayının artmasının digər səbəbi də var. Son vaxtlar bəzi dövlət qurumlarında yaradılan yeni iş yerlərinə yalnız işsiz kimi qeydiyyatdan keçmiş vətəndaşlar qəbul edilir. Ona görə də, işə düzəlmək istəyənlər indiyədək işsiz olmaları barədə  kütləvi şəkildə müraciət etməyə başlayıblar. Ancaq onların heç də hamısı işsiz kimi qeydiyyata alınmır. Nəticədə belə şəxslərin həm işə düzəlmək imkanı azalır, həm də onlar müavinət almaqdan məhrum olurlar.

İşsiz, yoxsa işaxtaran – fərq nədədir?

Fins.az xəbər verir ki, məşğulluq orqanlarında işsizlərin qeydiyyatı 2 istiqamətdə aparılır: iş axtaranlar və işsizlər. İndiyədək heç bir yerdə işləməyən və social ödənişləri etməyən vətəndaş işsiz sayılmır. Onlar işaxtaran kimi qeydiyyata alınır. İş axtaranın işsizdən fərqi ondan ibarətdir ki, iş axtaranlara müavinət verilmir.

Sadəcə iş axtaranlara mövcud vakansiyalar təklif edilir. Onlar iş tapdıqdan sonra siyahıdan çıxarılır. İşsiz statusu isə yalnız ixtisarlarla əlaqədar işdən azad edilən vətəndaşlara verilir. Başqa sözlə, hansısa müəssisənin bağlanması v ə ya orada aparılan ixtisarlar nəticəsində isini itirən insanlar məşğulluq orqanlarında qeydiyyata alınır və işsizlik status verilir. Onlara işsiz statusunun verilməsi üçün əmək müqavilələrinin olması mühüm şərtdi. Yəni, xidmət müqaviləsi və digər formada işləyən vətəndaş işini itirdikdə işsiz status ala bilməyəcək. 

İşdən öz ərizəsi ilə çıxmaq təhlükəlidir

Digər mühüm məsələ, əgər işçi işdən öz ərizəsi ilə azad edilibsəö ona işsiz statusu verilmir. 

Layiqli iş olmayanda müavinət verilir

İşsizlik statusu alan vətəndaş işlədiyi şirkətdən aldığı əmək haqqına uyğun müavinət ala bilər. Ancaq bunun da müəyyən şərtləri var. Vətəndaş işini itirdikdən sonra məşğulluq oqranına müraciət edərək qeydiyyata alınır. Bundan sonra ona 2 dəfə layiqli iş - ixtisasına, ictimai mövqeyinə uyğun iş təklif edilməlidir. Əgər vətəndaş həmin təklifi qəbul edərsə, yeni işinə başlayacaq. Əgər ona ixtisasına uyğun iş təklif edilməzsə, bu zaman işsiz kimi qeydiyyata alınaraq müavinət verilir. 

İşsizlər nə qədər müavinət alır?

Qanunvericiliyə əsasən, işsiz status qazanan vətəndaş əvvəlki iş yerində aldığı əmək haqqınnın 70 faizi həcmində sosial müavinət ala bilər. Məsələn, əgər siz hər hansı şirkətdə öz ixtisasınızla məşğul olaraq 500 manat maaş alırdınızsa, işsizlik statusu aldıqda hər ay 350 manat müavinət alacaqsız. İşsizlik müavinəti 6 ay müddətində verilir. İşsiz qalan şəxsin himayəsində 18 yaşına çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği bir qədər də artır. Hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində əlavə ödəniş edilir. Lakin bu rəqəm müavinətin əsas hissəinin 50 faizindən artıq olmamalıdır. Məsələn, vətəndaşın öhdəsində 2 uşaq varsa, onun müavinətinin üzərinə daha 70 manat (hər uşağa görə 35 manat) əlavə olunacaq.

İşsiz şəxs krediti qaytarmaqdan azaddırmı?

Qanunvericiliyə görə, işsiz olması vətəndaşı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tutulmalı olan məbləğləri ödəməkdən azad etmir. Başqa sözlə, içsizlər də alimentləri, dəymiş ziyanın ödənilməsini və digər məbləğləri təyin edilmiş müavinətin 50 faizindən çox olmamaq şərtilə işsizlik müavinətindən ödəməlidir. 

Sosial sığorta haqları artırılacaq

Statistikaya əsasən, əmək qabiliyyətli əhalinin 5 faizi işsizdir. Hüquqşünas Sahib Məmmədov bildirib ki, hazırda işsiz status olan vətəndaşlara ayrılan vəsait təxminən 5 milyon manata yaxındır. Bu da müavinətləri tam ödəməyə imkan vermir. Ona görə də hökumət işsizlikdən sığorta fondunu artırmaq barədə düşünür. Bununla bağlı “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi hazırlanıb. S.Məmmədovun sözlərinə görə, yeni layihədə işləyən vətəndaşların və işəgötürənlərin sosial ödənişlərinin artırılması nəzərdə tutulur.

Hazırda hər bir işçi əmək haqqından 3 faiz məbləğində vəsaiti Dövlət Sosial Müdafiə Fonduna ödəyir. İşəgötürənlər üçün isə bu məbləğ 22 faiz təşkil edir. Hüquqşünas bildirir ki, yeni layihədə həmin rəqəmlər müvafiq olaraq 3,5 faiz və 22,5 faiz müəyyən olunacaq. “Bununla social müavinətlərin ödənilməsinə ayrılan vəsaitlərin təxminən 82 milyon manata çatacağı gözlənilir. Lakin bu da probemin tam həll olunmasına imkan verməyəcək”. Hələlik isə işsizlik status alan vətəndaşlar hazırki məbləğlərlə kifayətlənməli olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272