İKT

Intel gələcəyin modul kompüterini təqdim etdi
10 OKTYABR
70

Intel gələcəyin modul kompüterini təqdim etdi

2019-10-10 10:12:00

Böyük Britaniyanın London şəhərində keçirilən tədbirdə Intel şirkəti hazırkı startapları və gələcək üçün planları haqqında danışıb.

Fins.az xəbər verir ki, Intel modul kompüterlər konsepsiyasını təqdim edib və bu kompüter üçün yaradılan modulun hazır versiyasını göstərib.

Şirkət masaüstü kompüterinin əsas komponentlərini kiçik bloklara yerləşdirməyi təklif edir.

Təqdimatda Intel cüt yuvalı videokarta bənzəyən Element blokunun prototipini göstərib. Element blokuna Xeon prosessoru, DDR4 operativ yaddaş və iki M.2 portları daxildir.

Modul, iki Thunderbolt3 portu, tam ölçülü HDMI, birləşdirilmiş 3,5 mm audioport, dörd USB Type-A (USB 3.2) portları və iki RJ-45 şəbəkə bağlayıcısı ilə təchiz edilib.

Intel kommersiya həllərinin təqdimatının 2020-ci ilin birinci rübünə planlaşdırıldığını açıqlayıb. Hələ ki onların inkişafı ilə Intelin özü məşğul olacaq və OEM istehsalçıları onları öz istəkləri ilə konfiqurasiya edə biləcəklər.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır