İKT

Evdə idman məşqləri üçün “güzgü-məşqçi” hazırlanıb
09 OKTYABR
155

Evdə idman məşqləri üçün “güzgü-məşqçi” hazırlanıb

2019-10-09 12:01:00

Nyu-Yorkdan olan “Güzgü” startapının istehsalçıları interaktiv güzgüdən istifadə edərək fərdi məşqlərin həyata keçirilməsi üçün “güzgü-məşqçi” təqdim ediblər.

Fins.az xəbər verir ki, Yeni tətbiq idman dərslərinin çatdırılması, həmçinin məşq təlimatlarının izlənilməsi üçün istifadə edilə bilər. İnteraktiv güzgü məşqlərdə adi proqram prinsipi üzrə işləsə də yeniliyin köməyi ilə eyni anda rahatlıqla öyrənmək və məşq etmək mümkündür. Ənənəvi interaktiv seanslara abunə olmaq ayda 30 dollara başa gələcək.

İstehsalçılar güzgüyə fərdi təlimi təmin etmək funksiyasını əlavə ediblər. Beləliklə, “güzgü” hər bir istifadəçi üçün şəxsən hazırlanmış təlim nümayiş etdirəcək və şəxsi məşqçi əldə etməyə imkan verəcək.

Hazırda fərdi məşqçi funksiyasının qiyməti müəyyənləşdirilməyib, lakin 30 dəqiqəlik dərs üçün qiymətin təxminən 40 ABŞ dolları olacağı güman edilir.

© iKT.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır