İKT

Volen-de-Mort layihəsi: Zukerberq Snapchat qatilini işə salır
07 OKTYABR
57

Volen-de-Mort layihəsi: Zukerberq Snapchat qatilini işə salır

2019-10-07 10:54:00

Feysbukun auditoriyasını cavanlaşdırmaq cəhdləri hakimiyyətin və Snapchat-ın qəzəbinə səbəb olur

Feysbuk şirkətinin hazırladığı yeni məhsul Snapchat-ın əksər funksiyalarını təkrarlayır.

Fins.az TED-ə istinadən xəbər verir ki, şirkətin yeni məhsulu İnstaqram üçün Threads adlı proqramdır.

Feysbukun təsisçisi Mark Zukerberq bununla rəqibinin gənc auditoriyasını qazanmağa çalışır. Lakin, o, qanunverciliyin qəzəbinə tuş gələ bilər. Feysbuk daha sürətlə ani mesajlaşma xidməti sənayesinə doğru addımlayır. Xidmət Snapchat-dan bir çox məşhur xüsusiyyətləri, o cümlədən sonradan avtomatik olaraq silinən foto və videoları digər istifadəçilərlə bölüşmək funksiyasını "oğurlayıb".

Threads mesencerində yalnız "Yaxın dostlar"la mesajlaşmaq olar

Threads mesenceri İnstaqramdan daha fərdi təcrübə təqdim edir: xidmət yalnız "Yaxın dostlar" siyahısındakı insanlara mesaj göndərməyə imkan verir.

 

Bu siyahı Feysbuka fərdi hesab sahibləri üçün ən vacib şəxslərin kimlər olduğunu müəyyənləşdirməyə kömək edir. Nəticədə şirkət bu məlumatlardan Threads mesencerində mövcud hesab sahibləri arasında ünsiyyət prosesini sürətləndirmək üçün istifadə edir.

Feysbuk yeni mesencerdən pul qazanmaq niyyətində deyil, amma...

Şirkət Threads-dən pul qazanmaq niyyətində olmadığını açıqlayıb. Lakin zaman keçdikcə vəziyyət dəyişə bilər.

Tətbiq təxminən Snapchat kimi birbaşa telefonun kamerasına qoşulur. Nəticədə foto və videoları filtr, imza və stikerlərlə bərabər yalnız bir neçə kliklə göndərib-qəbul etmək olar. Snapchat tətbiqindən istifadə etməyi bacaranlar yeni proqram vasitəsilə foto və video çəkməyi, şərh və ya stiker əlavə etməyi tez öyrənəcək, asanlıqla qrup və ya fərdi istifadəçiyə göndərməyə müvəffəq olacaq.

Threads tətbiqinin daha hansı unikal funksiyaları var 

Threads tətbiqinin unikal xüsusiyyətlərindən biri də kamera düyməsi ilə "Yaxın dostlar" siyahısındakı fərdi hesab sahibinin avatarını təyin edərək, bir neçə kliklə həmin şəxsə foto və video göndərmək bacarığıdır.

Digər yenilik smayliklərin köməyi ilə hal-vəziyyəti bir cümlə ilə izah etməyə imkan verən status əlavəsidir.

Bundan başqa, istifadəçilər Snap Maps-dakı kimi, GPS koordinatlarını izləməklə avtomatik yenilənən status əlavəsini aktivləşdirmək imkanına sahib olacaqlar. Threads istifadəçinin real vaxt rejimində olduğu məkanı "public" etmir, bunu yalnız "Yaxın dostlar" görə bilərlər.

 

Threads mesencerinin işə salınmasını Snapchat-a birbaşa hücum kimi qiymətləndirmək olar.

Feysbuk Snapchat şirkəti ilə uzun müddətdir rəqabət aparır. Buna daha gənc auditoriyanın Snapchat-a yönəlməsi səbəb olub.

Bu yaxınlarda Pew Research şirkəti 18-24 yaşındakı amerikalıların 25-29 yaşındakı gənclərə nisbətən Snapchat (73% və 47%) və İnstaqramdan (75% və 57%) əhəmiyyətli dərəcədə daha çox istifadə etdiyini təsdiqləyib.

Feysbuk isə ən populyar sosial şəbəkə olaraq qalır. Pew Research şirkətinin araşdırmasına görə, orta yaşlı amerikalılar arasında hər 10 nəfərdən 7-i bu sosial şəbəkədən istifadə edir. Lakin 13-17 yaşlı yeniyetmələr arasında Feysbuk istifadəçiləri nisbətən az - 51% təşkil edir. Bu yaş qrupu üzrə istifadəçilər daha çox YouTube, İnstaqram və Snapchat-da aktivdirlər. Təbii ki, yeni xidmətin köməyi ilə Feysbuk öz mövqeyini möhkəmləndirməyə çalışacaq.

Zukerberqin hakimiyyətin qəzəbinə tuş gələ bilər - "Volen-de-Mort" layihəsi

M.Zukerberqin auditoriyanı cavanlaşdırmaq cəhdləri mütəmadi olaraq hakimiyyətin qəzəbinə səbəb olur.

Snapchat-ın daxil olduğu Snap Inc şirkətlər qrupu Feysbukun ədalətli rəqabəti pozduğunu düşünür. Feysbukun törətdiyi hüquq pozuntularına dair Snap Inc vəkillərinin verdiyi məlumatların siyahısını hazırlayır.

The Wall Street nəşri yazıb ki, bu sənədin adı Volen-de-Mort layihəsidir. Bu barədə Snap və Federal Ticarət Komissiyasının əməkdaşlığı çərçivəsində Feysbukun aqressiv təşviqat üsulları ilə bağlı aparılan araşdırmaya dair jurnalda dərc edilən məqalədə qeyd olunub.

Federal Ticarət Komissiyasının istintaqı ilə paralel olaraq, sosial şəbəkəyə qarşı daha 3 antiinhisar təhqiqatı başladılıb. Bundan başqa, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi başda Nyu-York Ştatı və Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin prokuroru olmaqla, bir qrup əyalət prokurorları ilə birgə Feysbukun iş təcrübəsini təhlil edir.

Feysbuk: "Dayansaq, geri düşəcəyik"

"Foto və video paylaşımlar, mesencer və reklam daxil olmaqla, təklif etdiyimiz bütün məhsul və xidmətlər üzrə yüksək rəqabət şəraitində çalışırıq", - deyə Feysbukun rəsmi nümayəndəsi Forbes nəşrinin antiinhisar pozuntuları ilə bağlı sorğusuna cavabında bildirib. O əlavə edib ki, yeni məhsul və xidmətlər yaratmağa davam edəcəklər: "İnsanlar üçün faydalı innovativ məhsul və xidmətlər yaratmağa fokuslanmışıq Əgər dayansaq, geri düşəcəyik. Çünki populyar alternativlər mövcuddur”.

Avqust ayında The Verge nəşri İnstaqramın ilin sonuna qədər Threads mesencerini işə salacağını bildirib.

Bu xəbərdən sonra Feysbukun səhmləri 1.45% yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır