İKT

Dünyanın ilk robot fotoqrafı Selfiebot – Foto/Video
04 OKTYABR
109

Dünyanın ilk robot fotoqrafı Selfiebot – Foto/Video

2019-10-04 16:32:00

Robotlar fərqli sahələrdə həyatımıza girməyə davam edir. Artıq robot fotoqrafımız da var.

Sinqapurda təqdim olunan Selfiebot dünyanın ilk robot fotoqrafı hesab edilir. Galaxy Tech Studio-larının ortaqlığıyla hazırlanan Selfiebot, icarəyə götürülə bilər. Robot fotoqraf deyərkən, əlində bir kamera ilə necə poza verəcəyinizi söyləyən robot düşünməyin. Selfiebot, təkərli robota yerləşdirilmiş bir iPad-dən ibarətdir. Robot məkanı gəzib maneələri aşmaq üçün kifayət qədər ağıllıdır. Lakin foto çəkmək üçün ekranına toxunmaq lazımdır.

Robot fotoqraf, fotoları dərhal çap edə, SMS və ya e-poçt vasitəsilə qonaqlara göndərə bilir. Üstəlik, Selfiebot, fotolarınıza animasiyalı GIF və mətn əlavə etməyə imkan yaradır. Selfiebot hazırda yalnız Sinqapurda mövcuddur. Ancaq gələcəkdə robot fotoqrafla digər ölkələrdə də rastlaşa bilərik.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır