İKT

Kosmik gəminin hissələrindən hazırlanan iPone 11 Pro – 56600 manat
30 SENTYABR
130

Kosmik gəminin hissələrindən hazırlanan iPone 11 Pro – 56600 manat

2019-09-30 13:07:00

Rusiyada Titanik və Qaqarinin kosmik gəmisinin hissəciklərindən ibarət, cəmi 11 sayda eksklüziv iPhone 11 Pro istehsal edilib.

Fins.az xəbər verir ki, Rusiyanın lüks smartfon istehsalçısı Caviar, iPhone 11 Pro flaqman smartfonlarının yeni versiyalarının satışına başladığını elan etdi.

Yeni kolleksiyaya Titanik və Vostok-1 Qaqarin kosmik gəmisinin hissəciklərindən ibarət iki model daxil olub. Məlum səbəblərdən belə smartfonlar istehsal etmək olmaz və bu modellərin sayı məhduddur – 11-dən artıq olmayacaq.

Caviar iPhoe 11 Pro 437 min rubl (11600 man), Caviar iPhone 11 Pro Vostok-1 isə 2 milyon 129 min rubl (56600 man) təşkil edir.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır