İKT

Huawei üz tanıma özəllikli ilk televizorunu təqdim etdi
23 SENTYABR
100

Huawei üz tanıma özəllikli ilk televizorunu təqdim etdi

2019-09-23 11:18:00

Sentyabrın 19-u Huawei şirkəti Almaniyada keçirtdiyi tədbirdə ilk televizoru Huawei Vision-u təqdim etdi.Fins.az xəbər verir ki, yeni televizor Huawei-in Harmony OS əməliyyat sistemi ilə işləyir və bu əməliyyat sistemini bir çox süni intellekt özəllikləri müşaiyət edir. Əlavə olaraq, televizor açıla bilən kamerası ilə də diqqətləri üzərinə çəkməyi bacardı.

Huawei Vision xüsusiyyətləri ilə nələr vəd edir?

Huawei daha öncə Honor markası altında televizorlarını təqdim etmişdi. “Huawei Vision” modeli də bu televizorlara bənzər bir çox xüsusiyyətlərə sahibdir. Hər iki televizorun Harmony OS əməliyyat sistemi ilə işləməsi ortaq xüsusiyyətlərinin təməlində dayanır.

Yeni televizor ilkin mərhələdə 55 və 85 düymlük modelləri ilə satışa çıxarılacaq. Daha sonra 65 və 75 düymlük modelləri də təqdim ediləcək.  Huawei yeni televizorunda nazik metal çərçivələr və görünməyən, açıla bilən kamera kimi cəlbedici xüsusiyyətlərə yer verib.

Bundan əlavə, Huawei Vision televizorları səs köməkçisi və üz tanıma kimi özəlliklərə də sahibdir.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır