İKT

Sizin İQ sosial şəbəkədə yerləşdirdiyiniz şəkillərinizə görə müəyyən ediləcək
10 SENTYABR
70

Sizin İQ sosial şəbəkədə yerləşdirdiyiniz şəkillərinizə görə müəyyən ediləcək

2019-09-10 14:28:00

Kembric Universitetinin mütəxəssisləri belə qərara gəliblər ki, insanların sosial şəbəkələrdə yerləşdirdikləri fotoların alqoritminə görə onların intellekt səviyyələrini müəyyənləşdirmək mümkün olacaq. Fins.az-ın məlumatına görə, tədqiqatçılara aydın olub ki, onların proqramları  bir tərəfdən bu sahədə bəzi əfsanələrə son qoyacaq, digər tərəfdən isə sosial şəbəkə istifadəçisinin nə dərəcədə ağıllı olduğunu müəyyənləşdirmək üçün yeni və gözlənilməz qanunauyğunluqlar tapmağa kömək edəcək.

Tədqiqatçılar hesab edirlər ki, vaxtaşırı İnternetdən istifadə edən hər hansı bir şəxs sosial şəbəkə səhifəsindəki fotoşəkildən bir adamı mühakimə etmək həvəsinə düşür, məsələn, onu görüşə dəvət etmək, iş təklif edib-etməyəcəyi haqda düşünür və ya sadəcə həmsöhbətin intellektual səviyyəsini qiymətləndirməyə çalışır. Ancaq insanların bu cür situasiyalarda fotoları qiymətləndirməyə çalışdıqları meyarlar sırf subyektivdir. Doğurdan da, fotoların insan haqda informasiya vermək keyfiyyətini dəqiqləşdirmək üçün alimlər xüsusi kompüter proqramı tərtib ediblər. Proqrama İQ testindən keçmiş 1122 internet istifadəçisi haqda informasiya yerləşdirilib. Bu alqoritmə nəinki insanların üz ifadələri, həmçinin onların pozaları, geyimləri, hətta fotoda insanın tək olub-olmaması, həm də bütövlükdə fon daxil olub.

Fotolar araşdırıldıqdan sonra, müəlliflər gözlənilməz nəticə ilə qarşılaşıblar. Artıq  mövcud olan bəlli stereotiplərin əksinə olaraq, yaxın planda çəkilmiş foto heç də aşağı İQ səviyyəsindən, eynəklər isə yüksək İQ səviyyəsindən xəbər vermir. Bu zaman həm də qeyri-adi qanunauyğunluqlar ortaya çıxıb: alimlərin fikrincə, yüksək intellektli insanların fotolarında daha çox yaşıl rəngə, qırmızı, çəhrayı və bənövşəyi rənglərə isə çox nadir hallarda rast gəlmək olur.

Tədqiqatçılar qeyd edirlər ki, yüksək İQ-yə sahib insanların səhifələrində yerləşdirdikləri fotolar lakonik fonda çəkilmiş olur, yəni kadrda başqa simalar olmur. Bununla yanaşı, səhifə istifadəçisinin intellekti, həm də  keyfiyyətli çəkilmiş  şəkillə ölçülür.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır