İKT

Honor MagicBook Pro noutbuku satışa təqdim olunur
30 İYUL
89

Honor MagicBook Pro noutbuku satışa təqdim olunur

2019-07-30 18:05:00

“Honor” şirkəti “Honor MagicBook Pro”nu təqdim edib. Dünyanın ilk tam ekranlı noutbuku 16,1 düym diaqonal ekran ilə təqdim olunub.

Fins.az xəbər verir ki, bu günlərdə Çində 800 dollar dəyərində təklif olunan “Honor MagicBook Pro” noutbukunun satışına start verilir. Bu məbləğə “Intel Core i5” prosessoru ilə olan versiyanı əldə etmək olar. “Core i7-8565U” versiyası isə 900 dollara təklif olunur.

Hər iki halda siz 8 GB operativ yaddaş, 512 GB həcmli bərk cisimli yaddaş və Nvidia GeForce MX250 diskret videokartı alırsınız. Ekran ön panel sahəsinin 90%-ni təşkil edir. IPS matrisi sRGB rəng sahəsinin 100%-ni əhatə edir.

Standart təchizat paketinə yalnız enerji yığma cihazı və yükləmə kabeli daxildir. Noutbukun klaviaturunun bir çoxumuzun adət etdiyi düymələri yoxdur, odur ki, modelə baxarkən bu xüsusiyyət nəzərə alınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır