İKT

Ultrabüdcəli Redmi 7A smartfonunun texniki göstəriciləri ortaya çıxdı
21 MAY
169

Ultrabüdcəli Redmi 7A smartfonunun texniki göstəriciləri ortaya çıxdı

2019-05-21 18:23:00

 Bir neçə gün bundan öncə biz xəbər vermişdik ki, Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Xiaomi şirkətinin Redmi brendinin Redmi 7A adlı ultrabüdcəli smartfon modelinin fotoları aşkar edilib. İndi isə həmin agentliyin məlumatlar bazasında bu smartfonun texniki göstəriciləri barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib.

    Beləliklə məlumata əsasən Redmi 7A modeli 1440x720 piksel keyfiyyətli 5.45 düym ekran, 1.4 GHz tezlikdə çalışan 8 nüvəli bilinməyən prosessor, 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş həcmi, 13 MP-lik kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun təqdimat tarixi və qiyməti barəsində heç bir məlumat yoxdur. Lakin dəqiq olan odur ki, bu smartfonun qiyməti heç də baha olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264