İKT

Google unikal idman ayaqqabısı üzərində çalışır
11 FEVRAL
235

Google unikal idman ayaqqabısı üzərində çalışır

2019-02-11 13:20:00

Google, sahibinin çəkisini ölçəcək idman ayaqqabısı yaratmaq niyyətindədir. Hal-hazırda, şirkət bu ideyanı tətbiq edə biləcək tərtibatçılar axtarır.
Jurnalistlərin verdiyi məlumata görə, son aylarda Google VerilY şirkətinin əməkdaşları, investorlar ilə xüsusi görüşlərdə yenilikçi ayaqqabıların prototipini təqdim ediblər.
Google layihəsinə görə, insanın hərəkətlərini və çəkisini izləyən sensorlar, ayaqqabıların içərisində qurulacaq.
Belə ayaqqabılar sağlamlıqla əlaqədar olaraq, geniş istifadə sahəsinə malik olacaqlar. Məsələn, çəkinin artması, gələcəkdə ürək çatışmazlığının əlaməti ola bilər;, – məqalənin müəllifi hesab edir.
Bundan əlavə, sensorlar insanın çəkisinin aşağı düşdüyünü də müəyyən edə biləcəklər. Bu, yaşlı insanlar üçün xüsusilə faydalı ola bilər.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262