İKT

"Samsung" M10 və M20-nin satışlarına start verdi
05 FEVRAL
283

"Samsung" M10 və M20-nin satışlarına start verdi

2019-02-05 16:14:00

“Samsung” ötən ayın sonunda təqdimatını keçirdiyi “Galaxy M10” və “Galaxy M20” modellərinin satışına başlayıb.

Fins.az xəbər verir ki, smartfonların satışı hələ ki Hindistan bazarında əlçatandır.

Şirkət satış hədəflərinin əsasən gənclər olduğunu vurğulayır.

“Galaxy M10”un satışı 111 dollardan başlayır. Bu model 2/16 GB yaddaşa malikdir. Smartfonun 3/32 GB modelləri 125 dollardır.

“Galaxy M20”yə gəlincə, 3/32 GB parametrli modelləri 153 dollara, 4/64 modelləri isə 180 dollara satışa çıxarılıb. Xüsusi qiymət təklifi ilə satışa çıxarılan modellərdə isə tarif planı və internet trafik təqdim olunur.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266