İKT

“Redmi Note 7 Pro”nu “Redmi Note 7”dən nə fəqləndirir?
10 YANVAR
95

“Redmi Note 7 Pro”nu “Redmi Note 7”dən nə fəqləndirir?

2019-01-10 14:52:00

Bu gün Pekində “Xiaomi” şirkəti bu il ilk smartfonu və müstəqil brend "Redmi"nin ilk modeli olan “Redmi Note 7” ilə bərabər “Redmi Note 7 Pro”nu da təqdim edib.

Fins.az xəbər verir ki, adlarının oxşarlığına baxmayaraq cihazlar arasında fərq çoxdur.

Belə ki, ilk fərqli xüsusiyyət ondan ibarətdir ki, “Redmi Note 7”də “Snapdragon 660” prosesoru, “Redmi Note 7 Pro”da artıq birkristalik “Snapdragon 670” istifadə olunub. Cihazların GPU-ları da fərqlənir; “Snapdragon 660”da “Adreno 512” istifadə olunursa, “Snapdragon 670”də artıq “Adreno 615”dir.

İkinci fərq daha geniş yaddaşın olmasındadır. Belə ki, baza modelinin top versiyası 64 GB daxili yaddaşa malikdirsə, “Redmi Note 7 Pro”da bu göstərici 128 GB təşkil edir.

Nəhayət üçüncü fərq: “Redmi Note 7 Pro” smartfonu “Sony IMX586” görüntü ötürücüsü ilə təchiz olunacaq. Baza modeldə quraşdırılan “Samsung GM1”in 48 Mp icazəsi ilə burada şəkillər və videolar daha keyfiyyətli olmalıdır.

Cihaz Çin yeni ilindən sonra, yəni təxminən fevralda satışa çıxacaq. Qiyməti bəlli olmasa da, baza modeldən əhəmiyyətli dərəcədə fərqlənəcəyi də gözlənilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256