İKT

Azərbaycanda telekanal bağlandı
27 DEKABR 2018
672

Azərbaycanda telekanal bağlandı

2018-12-27 18:49:00

 Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

Şuradan verilən məlumata görə, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib. 

Eyni zamanda iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq, REGİON TV MMC-yə ümumrespublika televiziya yayımı üçün verilən 4 mart 2014-cü il tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilən 27 dekabr 2017-ci il tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254