İKT

KOBİA-nın dəstəyi ilə mobil uşaq oyunları “Bakutel-2018”də nümayiş olunur
06 DEKABR
58

KOBİA-nın dəstəyi ilə mobil uşaq oyunları “Bakutel-2018”də nümayiş olunur

2018-12-06 10:04:00

Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgində (“Bakutel-2018”) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəklədiyi bir sıra biznes strukturları da iştirak edir. Onlardan biri “İDEA Consulting & Solutions” şirkətidir.

Şirkətin direktor müavini Kamran Naxçıvanski açıqlama verib. O bildirib ki, təmsil etdiyi biznes qurumu uşaqların və böyüklərin riyazi biliklərini yoxlamaq və daha da artırmaq üçün xüsusi mobil tətbiq hazırlayıb: “Number games” (ədəd oyunları) adlı mobil tətbiqdə böyüklər və uşaqlar üçün verilən misallara tez bir zaman ərzində cavab tapmaq mümkündür. Bundan başqa, “İDEA Consulting & Solutions” mobil oyun və əlavələrin yazılması xidmətləri göstərir. “Zed Music Player” adlı mobil əlavəmiz həm daxili, həm də xarici bazarda istifadə olunmaqdadır. O, onlayn və oflayn rejimdə musiqi dinləməyə imkan verir”.

“Xidmətlərimizə əsasən maliyyə-mühasibat, hüquq, İT həllər daxildir. Həmçinin informasiya texnologiyaları sahəsində veb və mobil platformalarda unikal proqramların yazılmasını təmin edirik. Xidmətlərimizə elektron təhsil idarəetmə sistemi, əməkhaqqı sistemi və s. daxildir”, - o qeyd edib.

K.Naxçıvanski sərgi çərçivəsində keçirdikləri müsabiqə haqqında da məlumat verib: “Stendimizə yaxınlaşan iştirakçılar öz mobil telefonları vasitəsi ilə müvafiq barkodu oxutmaqla və yaxud linkə daxil olmaqla qeydiyyatdan keçib müsabiqə iştirakçısı ola bilərlər. Sərginin son günü bu şəxslərdən bir nəfər qalib müəyyənləşəcək ki, bu da bizim “Facebook” sosial şəbəkəsindəki səhifəmizdə canlı yayımlanacaq. Qalibimizə “Şahdağ” hotelində 3 günlük qonaqlama hədiyyə edəcəyik”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256