İKT

“Instagram”da yeni funksiyalar istifadəyə verilib
03 DEKABR
104

“Instagram”da yeni funksiyalar istifadəyə verilib

2018-12-03 14:56:00

"Instagram"da zəif görənlər üçün sosial şəbəkədən istifadəni asanlaşdıran funksiyalar istifadəyə verilib.
Fins.az xəbər verir ki, yeni funksiyalardan biri xüsusi texnologiya sayəsində şəkildə təsvir edilmiş obyektləri tanımağa və onları uca səslə sadalamağa imkan verir.
Bundan başqa, fotoşəkillərin əlavə edilməsi vaxtı onun təsvirini tərtib etmək mümkün olub ki, bu da zəif görən istifadəçi üçün həmin təsviri  səsləndirməyə imkan verir.
"Instagram" – 2010-cu ildə ABŞ-da Kevin Sistrom və Mayk Kriqer tərəfindən hazırlanmış sosial şəbəkə elementlərinə malik şəkil və videolarla  mübadilə üçün pulsuz mobil proqramdır. 2012-ci ildə "Facebook" sözügedən xidməti 1 milyard dollara satın alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256