İKT

"Apple"- ın bu modelində problemlər var
12 NOYABR
134

"Apple"- ın bu modelində problemlər var

2018-11-12 11:55:00

"Apple" "iPhone X" modelində and 13 düyümlük "MacBook Pro" noutbuklarında bəzi keyfiyyət problemlərinin ortaya çıxdığını deyib.

Fins.az xəbər verir ki, şirkət yaranan problemləri pulsuz olaraq aradan qaldırmağı öhdəsinə götürüb.

"Apple" tərəfindən 2017-ci ildə bazara çıxarılan və qiyməti 999 dollardan başlayan "iPhone X" modelinin ekranla bağlı komponentində edilmiş səhvlikdən dolayı istifadəçilər ekran toxunuşlarında problemlə üzləşə bilərlər. Şirkət problem yaranan hissələri pulsuz olaraq yenisi ilə əvəz edəcəyini bildirib.

13 düyümlük "MacBook Pro" noutbuklarında isə məlumatın itməsi və yaddaşda saxlama ilə bağlı problemlərin ortaya çıxa biləcəyi qeyd edilib.

Həmçinin qeyd olunub ki, mövcud problemlərə yeni buraxılan "iPhone XS" və "iPhone XR" modellərində rast gəlinməyib.

 Eləcə də bax:"Lenova"dan xəbər var

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256