İKT

“Google Chrome”un yeni versiyası qıcıqlandırıcı reklamı bloklayacaq
07 NOYABR
84

“Google Chrome”un yeni versiyası qıcıqlandırıcı reklamı bloklayacaq

2018-11-07 10:29:00
Bu ilin sonunda təqdim ediləcək “Google Chrome” brauzerinin yeni, 71-ci versiyası istifadəçiləri qıcıqlandıran və aldadan reklam elanlarını bloklaya biləcək. Qaydaları müntəzəm pozanların reklamları blok ediləcək.

Fins.az xəbər verir ki,  müştərilərin cəlbi üçün qeyri-etik metodlardan istifadə edən reklamçılar qara siyahıya salınacaq. “Google” belə saytların sahiblərinə bütün qanun pozuntularını aradan qaldırmaq üçün 1 ay vaxt verəcək. İstifadəçi belə reklamlar onu qıcıqlandırmadığı halda bu bloklanmanı deaktiv edə bilər.

Eləcə də bax:Xiaomi Mi 9 haqqında ilkin məlumatlar verilib

Korporasiya, uzun müddət olar ki, vicdansız reklamçılara qarşı mübarizə aparır – “Google Chrome”da öz-özünə işə düşən videolar, üzə çıxan pəncərələr, həmçinin şübhəli saytlara yönləndirmə cəhdi blok edilir.

“Google”un bu təşəbbüsü internet reklam bazarına ciddi təsir göstərəcək, çünki “Chrome” brauzeri dünya ölkələrinin əksəriyyətində liderlik edir.

 ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254