İKT

Doqquzuncu nəsil “Intel Core” prosessorlarıda ÜSTÜNLÜKLƏR
09 OKTYABR
133

Doqquzuncu nəsil “Intel Core” prosessorlarıda ÜSTÜNLÜKLƏR

2018-10-09 17:00:00

“Intel” şirkəti “Core” prosessorlarının doqquzuncu nəslini təqdim edib.

Fins.az xəbər verir ki,  yeni istehsal xəttinin qabaqcıl prosessoru kimi şirkət tərəfindən ən yaxşı oyun prosessoru adlandırılan “Intel Core i9-9900K” göstərilir. O, 3,6 QHs takt tezlikli 8 nüvədən və 5 QHs-dək sürətləndirilən 16 məlumat axınından ibarətdir.

Bundan başqa, “Core i7” və “Core i5” prosessorlarının doqquzuncu nəsli nümayiş edilib. Yeni “i7-9700K” prosessoruna 3,6 QHs takt tezlikli 8 nüvə və 8 məlumat axını daxildir. “i5-9600K” prosessoru isə 3,7 QHs takt tezlikli 6 nüvəyə və 6 məlumat axınına malikdir.
Eləcə də bax:Yeni eynək icad olundu
Şirkətin məlumatına görə, yeni prosessorlu sistemlər oyunlarda kadr tezliklərinin göstəricilərini 35-45 faiz artıracaq.

Yeni prosessorlar üçün ilkin sifarişlərin qəbuluna və pərakəndə satışlara oktyabrın 19-dan etibarən başlamaq nəzərdə tutulur. “Core i5-9600K” prosessorunun qiyməti 262 dollar, “Core i7-9700К” prosessorunun 374 dollar, qabaqcıl “Core i9-9900К” prosessorunun isə 488 dollar təşkil edir.

“ICTnews” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252