İKT

5 ədəd arxa kameraya sahib gizli Nokia MODELİ
14 SENTYABR
264

5 ədəd arxa kameraya sahib gizli Nokia MODELİ

2018-09-14 11:35:00

Biz artıq bilirik ki, HMD Global şirkəti TA-1094 kod adına və 5 arxa kameraya sahib yeni Nokia modeli üzərində çalışır. Baxmayaraq ki, sözügedən smartfon modelinin rəsmi adı hələ məlum deyil, məntiqlə fikirləşəndə güman etmək olar ki, söhbət, Nokia 9-dan gedir. Bugün isə internetdə yeni gizli Nokia modelinin batareya həcmi barəsində məlumat verən yeni foto yayılıb. Yayılmış yeni fotoda smartfonun arxa paneli və həmin paneldə olan 5 ədəd ZEISS markalı kamera əks olunub. Smartfonun ön paneli hələ təqdim olunmayıb.

Bundan əlavə olaraq arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Bundan belə bir nəticəyə gəlmək olar ki, barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya olunacaq. Yayılmış yeni fotoda qeyd olunub ki, yeni Nokia modeli 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu məlumatdan isə nəticə çıxartmaq olar ki, sözügedən model böyük ölçüdə olacaq. Bir sıra məlumatlara əsasən 5 arxa kameraya sahib yeni Nokia modeli 5.9 inç Quad HD keyfiyyətli OLED ekran, Snapdragon 845 prosessoru və 64/128 GB daxili yaddaş ilə təchiz olunacaq. Bununla yanaşı bir neçə müddət bundan əvvəl sızdırılmış məlumatda qeyd olunmuşdu ki, bu smartfon bir və iki SIM kart girişi dəstəkli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258