İKT

“iPhone X” işlədənlərə MÜHÜM XƏBƏR
15 İYUL
213

“iPhone X” işlədənlərə MÜHÜM XƏBƏR

2018-07-15 16:14:00

Tanınmış blogger Frederik Van Stridonk bildirib ki, "iPhone X" smartfonunu hətta müvafiq materialdan hazırlanmış xüsusi çexoldan istifadə etmədən suyun altına salmaq mümkündür.
Fins.az lent.az-a istinadən xəbər verir ki, təcrübə prosesində kişi hovuzda telefonla üzməyi yoxlayıb. Hətta bundan sonra da cihaz tam gücü ilə işləməyə davam edib. 
Bloggerin sözlərinə görə, Kupertinyo istehsalı olan telefonun dözümlülüyünü yoxlamaq ideyası ona ani olaraq gəlib. Çünki o zaman o, hovuzun yanında olub və az qalıb ki, ora yıxılsın. Bu zaman o, öz cihazından narahat olub.
Blogger qeyd edib ki, telefon həqiqətən də hətta olduqca yüksək təzyiq altında suya dözümlüdür. Telefonun xüsusi klapanları onun portlarını su sızmasından qoruyur. Ancaq bununla belə, o, cihazı ehtiyac olmadan mühafizəsini təcrübə etməməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253