İKT

Elektroşokla mənfi vərdişlərdən xilas olun
06 İYUL
162

Elektroşokla mənfi vərdişlərdən xilas olun

2018-07-06 10:29:00

Pavlok adlı bilərzik, istifadəçisini xəbərdar edərək mənfi hərəkətlərini önləyir.
Maniş Sesi özünü müəyyən anlarda xəbərdar etməsi üçün ağıllı bilərzik yaratdı. Pavlok adını verdiyi bilərziklə oyanması lazım olan saatdan, yeməməsi lazım olan yeməyə qədər özünə istiqamətli hər cür xəbərdarlığı quran Sesi, həyatını nizama salmağı bacardı.
Fins.az bildirir ki, 250 dollardan bu il sonunda ABŞ-da satışa təqdim ediləcək olan Pavlokun ən böyük xüsusiyyəti isə itaət edilmədiyi zaman istifadəçisinə elektroşok verməsidir. Səhər saat 06.00-a qurduğunuzda Pavlok çalmağa başlayır. Hərəkət təqib qabiliyyəti olan cihaz, yataqdan qalxmasanız ikinci dəfə sizi xəbərdar edir. Yataqdan qalxmaq yerinə söndürməyə çalışsanız, sizə elektrik verir.
Sesi ağıllı bilərziyi ilə həyatını nizama saldığını və bir neçə ay içində Pavlok sayəsində 10 kilo arıqlamağa bacardığını söylədi. Pavlok bir yoldaşınızın sizi nəzarət etməsinə də icazə verir. Facebook üzərindən işləyən bir tətbiqlə, yoldaşınız idmanda təyin olunan məşqi edib etmədiyinizi görə bilir. Məsələn 10 min addımlıq gedişi tamamlamadınızsa, bu dəfə yoldaşınızın əmrilə Pavlok sizə elektrik verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256