İKT

Yeni “Xiaomi Mi 8”-in ilk partiyası 37 saniyəyə satıldı
06 İYUN
535

Yeni “Xiaomi Mi 8”-in ilk partiyası 37 saniyəyə satıldı

2018-06-06 15:47:00

Çərşənbə axşamı Çində “Xiaomi Mi 8” smartfonlarının satışlarına başlanılıb. 
Fins.az-ın mobil cihazın ilk partiyasını çinli istifadəçilər sözün həqiqi mənasında qamarlayıblar.

Smartfonları cəmi 37 saniyəyə əldə ediblər. Satılan "Mi 8" smartfonlarının dəqiq sayı barədə məlumat verilmir. Artıq iyunun 12-də şirkət ikinci partiya cihazlarını satışa çıxaracaq. 
Qeyd edək ki, “Xiaomi Mi 8” “təkqaş” displeyə malikdir. Onun 20 meqapiksel frontal kamerası və 12 meqapiksel olan əsas ikili kamerası mövcuddur. Cihaz “Snapdragon 845” prosessorunun bazasında çalışır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267