İKT

Smartfon xəstəliyi ilə mübarizədə yeni üsul
01 İYUN
492

Smartfon xəstəliyi ilə mübarizədə yeni üsul

2018-06-01 23:52:00

“Apple” mühəndisləri gələn həftə təqdimatı gözlənilən “iOS 12” əməliyyat sistemində istifadəçilərə elektron cihazlardan asılılıqla mübarizə aparmaq imkanı təqdim edəcək.

Fins.az xəbər verir ki, söhbət “Digital Health” adı altında birləşdirilən alətlər toplusundan gedir. Bu alətlər “Apple” istifadəçilərinə öz cihazları, eləcə də müxtəlif proqram əlavələri (sosial şəbəkələr və s.) ilə nə qədər vaxt keçirdiklərini nəzarətdə saxlamağa imkan verəcək. “iOS”in verdiyi bu imkanı “nastroyka”dan tapmaq olacaq.

Yeni əməliyyat sisteminin təqdimatı iyunun 4-də San Xosedə keçiriləcək “Apple” tərtibatçılarının ümumdünya konfransında baş tutacaq. İstifadəçilər “iOS 12”ni sentyabrdan etibarən yükləyə biləcəklər. Digər özəllik budur ki, əməliyyat sistemi vasitəsilə istifadəçilər bir-biri ilə əlavə reallıq oyunlar oynamaq fürsəti qazanacaq.

“Bizə alətlər və məlumatlar lazımdır ki, rəqəmli mediadan necə istifadə etdiyimizi daha yaxşı anlayaq”, - deyə “Apple”in sabiq baş icraçı direktoru Toni Fadell bildirib. O deyib ki, “iPhone” öz-özlüyündə asılılıq deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255