İKT

“Xiaomi” yeni ağıllı bilərzik və smartfon təqdim etdi
01 İYUN
319

“Xiaomi” yeni ağıllı bilərzik və smartfon təqdim etdi

2018-06-01 11:51:00

Çinin “Xiaomi” şirkəti özünün “Mi Band 3” smart bilərziyinin rəsmi təqdimatını keçirib.

Fins.az xəbər verir ki, yeni cihaz populyar model “Mi Band 2”ni əvəz edəcək. Cihazın ekranı əvvəlki versiya ilə müqayisədə böyükdür, təsvir daha dəqiqdir. Şirkətdən bildiriblər ki, yeni model suya dözümlüdür və istifadəçilər üçün komfortludur.

“Mi Band 3” əvvəlcə Çində satışa çıxarılacaq. Cihaz qara, qırmızı və göy rənglərdə hazırlanıb. Təxmini qiymət 169 yuandır.

Bilərzikdən əlavə, “Xiaomi” yeni smartfonu “Mi 8”i də təqdim edib. Smartfon zahirən “iPhone X”a bənzəyir və “Android” bazasında çalışır. Cihaz “Qualcomm Snapdragon 845” çipi ilə təchiz olunub. Yaddaş həcmi 6 Gb-dir. Çəkisi 175 qramdır. “Mi 8” əvvəlcə Çində satışa çıxarılacaq, sonra Avropa bazarına göndəriləcək.

Eləcə də bax: Çinin "Xiaomi" şirkəti "iPhone X"in oxşarını təqdim edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256