İKT

HTC yeni smartfonunu təqdim etdi – FOTO, VİDEO
24 MAY
107

HTC yeni smartfonunu təqdim etdi – FOTO, VİDEO

2018-05-24 11:21:00

HTC şirkəti özünün yeni flaqmanını – “U12 Plus” smartfonunu təqdim edib.

Fins.az xəbər verir ki, cihaz “Snapdragon 845” prosessoru ilə təchiz olunub, “HDR10” və “DCİ-P3” dəstəkli “Super LCD 6” ekrana və iki kameraya malikdir. “Edge Cense” jestini dəstəkləyən, toxunuşa həssas çərçivə var.

Arxa paneldə 12 və 16 meqapiksellik ikili kamera yerləşir. Kamera 4K formatlı, saniyədə 60 kadrlıq, eləcə də saniyədə 240 kadr sürətlə 1080p (proqressiv format) video çəkə bilir. Selfi kamerası 8 meqapikseldir. Operativ yaddaş həcmi 6 Gb, daxili yaddaş isə 64 və 128 Gb-dir.

Smartfonla birlikdə verilən qulaqcıqlar səs-küyü aradan qaldırmaq funksiyasına sahibdir.

“HTC U12 Plus”ın 64 Gb yaddaşa malik versiyasının qiyməti 800 dollar, 128 Gb yaddaşı olan versiyasının qiyməti isə 850 dollardır.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267