İKT

Tezliklə YouTube-da video izləyərkən müxtəlif tətbiqlərdən istifadə edə biləcəksiniz!
10 MAY
416

Tezliklə YouTube-da video izləyərkən müxtəlif tətbiqlərdən istifadə edə biləcəksiniz!

2018-05-10 10:43:00

YouTube'un yalnız Qırmızı üzvlərə təklif etdiyi şəkil rejimi bütün istifadəçilərə təqdim edilmək üçün sınaqdan keçirilməyə başlandı. Tezliklə bütün YouTube istifadəçiləri video seyr edərkən fərqli tətbiqlərə keçə biləcəklər.
Hər gün yüz milyonlarla adam, YouTube sayəsində milyardlarla dəqiqəlik videolar izləyərək zamanlarını əyləncəli ya da məlumatlandırıcı şəkildə dəyərləndirə bilirlər.


Yenə də YouTube-un mobil tətbiqi, ağıllı telefon istifadəçilərinin bütün tələblərini qarşılamır. Reklamlardan xilas olmaq və videoları tam ekran tətbiq yerinə açıla bilən pəncərədə oynatmaq istəyən istifadəçilərin standart YouTube-dan imtina edərək YouTube Red-ə ödənişli bir şəkildə abunə olması lazımdır.
Bəzi Reddit üzvlərinin fərq etdiyinə görə YouTube, videoları açıla bilən pəncərədə izləməyimizə və bu sırada fərqli tətbiqlərdə gəzməyimizə icazə verən şəkil içində şəkil (PIP) rejimini standart YouTube tətbiqinə gətirmək üçün testlər başlatmışdır. Üstəlik bu testlər Birləşmiş Dövlətlərin xaricində reallaşır.

Şəkil içində şəkil rejimi nə işə yarayır?
Şəkil içində şəkil rejimində, YouTube proqramının xaricində kiçik bir pəncərədə YouTube videolarını izləyə(dinləyə) bilərsiniz. Beləcə bir tərəfdən YouTube videosunu izləyərkən bir tərəfdən da WhatsAppda mesaj yaza bilər ya da Instagramda gəzə bilərsiniz. Samsung kimi bəzi ağıllı telefon istehsalçıları öz proqramları ilə bu xüsusiyyəti istifadəçilərə təqdim edirlər.
Lakin YouTube, platformanın pulsuz bir musiqi xidməti halına gəlməsini də istəmir. Bu səbəblə şəkil içində şəkil rejimi bütün YouTube istifadəçilərə təqdim edilsə də xüsusiyyət bütün videolarda İstifadə edilə bilməyəcək. Təxminlərə görə məzmun istehsal edənlər, videoların Pip ilə izlənib izlənməyəcəyinə özləri qərar verə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259