İKT

Baffet “Apple”ı bahalaşdırdı
06 MAY
315

Baffet “Apple”ı bahalaşdırdı

2018-05-06 18:42:00

ABŞ-ın “Berkshire Hathaway” investisiya şirkəti 2018-ci ilin ilk rübündə “Apple” korporasiyasındakı payını 75 milyon səhm miqdarında artırıb.

Fins.az-ın xəbərinə görə, bunu şirkətin rəhbəri Uorren Baffet (Warren Edward Buffett) CNBC-yə açıqlamasında deyib.  

2017-ci ilin sonuna olan məlumata əsasən “Berkshire” texnoloji şirkətdə 165,3 milyon ədəd səhmə malik idi və buradan 1,6 milyard dollar qazanmışdı. U. Baffetin “Apple”da sahib olduğu səhm paketinin (240 milyondan çox səhm) dəyəri hazırda 43 milyard dollardır. Artıq “Berkshire” “Vanguard” və “BlackRock”dan sonra “Apple”ın üçüncü böyük səhmdarıdır.

İş adamı İBM-in səhmlərini isə satdığını bildirib. Ötən ilin yekununda U. Baffetin əlində İBM-in 2 milyona yaxın səhmi qalmışdı. O, “Apple”ın gələcəyinə daha çox inandığını vurğulayıb.

U. Baffetin açıqlamalarından sonra “Apple”ın səhmləri 1,3%-dən çox bahalaşıb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259