İKT

6G mobil şəbəkəsi nə zaman istifadəyə veriləcək və ondan nələri gözləmək olar?
23 APREL
273

6G mobil şəbəkəsi nə zaman istifadəyə veriləcək və ondan nələri gözləmək olar?

2018-04-23 16:40:00

Yeni nəsil 5G şəbəkəsinin kommersiya istifadəsi yalnız 2020-ci ildə baş tutacaq. Lakin Finlandiyanın Oulu Universiteti artıq 6G texnologiyasının tədqiqatına başlayıb. Universitet rəhbərliyi 6Genesis tədqiqat proqramına maliyyə ayrıldığını bildirib. Bu proqram çərçivəsində tədqiqatçılar yeni nəsil şəbəkə texnologiyasının tədqiq edəcək və onun gələcəkdəki perspektivlərini araşdıracaqlar. Qeyd etmək lazımdır ki, bu tədqiqat 8 ilə nəzərdə tutulub.

Bu barədə Pcmag saytı xəbər verib. Sözügedən tədqiqatın rəhbəri Matti Latva-aho-nun sözlərinə görə yeni nəsil mobil şəbəkə hər 10 ildə təqdim olunur. Beləliklə 6G-nin işə düşməsi 2030-cu ilə gözlənilir. Güman olunur ki, 6G 5G-nin reallaşdırmadığı gözləntiləri reallaşdıracaq və hələ təyin olunmamış yeni imkanları təqdim edəcək. Layihənin müəllifləri artıq maraqlı bir video da hazırlayıblar.

Həmin videoda 6G-nin həyatımıza daxil olmaqla nələrin dəyişə biləcəyi əks olunub. Mütəxəssislərin fikrincə 2030-cu ildə bizləri artırılmış reallıq və süni zəka texnologiyaları əhatə edəcək. Smartfonların əvəzinə insanın əlində əks olunacaq holoqram interfeyslər gələcək. İnsanın səhhətinin nəzarətdə olmasına böyük diqqət ayrılacaq. Belə ki, hətta insanın geyinəcəyi paltar da onun səhhətinin nə vəziyyətdə olduğunu təyin edə biləcək. Şəhərlər insanların rahatlıq və təhlükəsizliklərini təmin edərək sözün əsl mənasında ağıllı olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259